Əsas səhifə / Manşet / Toyuq ətindən “BALIK”
Bizi mobildən daha sürətli  izləyin

Toyuq ətindən “BALIK”

d

Tərkibi:

Toyuq filesi – 3 ədəd (500 q)

Marinad üçün:

250 qr iri duz

Müxtəlif bibər qarışıqları

50 ml konyak

Zövqə görə reyhan, kəklikotu və xırdalanmış dəfnə yarpağı

Hazırlanması:

  1. Toyuğun döş əti yuyulur, suyu çəkilir və qupquru qurulanır.

  2. Sonra döş ətinin daha dadlı olması üçün nazik dilimlər şəklində kəsilir.

  3. Duz, istiot və konyakdan hazırlanmış marinadla yaxşıca qarışdırılır.

  4. İstəyə görə marinada reyhan, kəklikotu və hətta xırdalanmış dəfnə yarpağı da əlavə etmək olar.

  5. Döş ətini marinadla yaxşıca qarışdırdıqdan sonra bağlı qaba yerləşdirib bir gün soyuducuda saxlayırıq.

  6. Əti soyuducudan çıxarıb ədviyyatlardan təmizləyub qaynadılmış soyuq su ilə yuyuruq və yaxşıca qurulayırıq.

  7. Onu təmiz və quru tənzifə və ya dəsmala sarıyıb bir gün də soyuducuda saxlayırıq.

Çox incə və ətirli həqiqi balıq dadlı hissələr hamı tərəfindən bəyənilir.

Nuş olsun!

Buna da baxın

“Qızılgül” salatı – FOTORESEPT

Whatsapp ilə Paylaş Tərkibi: 200 q təzə şampinyon 2 orta boy baş soğan 0,5 banka …