Bizi mobildən daha sürətli  izləyin

TOYUQ GRATEN

382497_486741374728474_1618551703_n (1)

TOYUQ GRATEN

Tərkibi:

-Yarım kq sümüksüz toyuq
-3-4 yemək qaşığı dolu holland pendiri rəndəsi
-1 fincan duru yağ
-3 yemək qaşığı un
-1 su stəkanı süd
-1/2 stəkan konserv yaşıl noxud
-1 yumurta
-İstiot, duz.

Hazırlanması:

Toyuq ətini quşbaşı doğrayıb suda bişənə qədər, qaynadırıq. Bişdikdən sonra əti didib yaşıl noxudla qarışdırıb duzunu istiotunu əlavə edərək borcama (borcam – istiyə davamlı şüşə qab) tökürük. Süd yumurta və unu yaxşıca çırpıb pendiri də əlavə edib toyuğun üzərinə tökürük. Sobada qızarana qədər bişiririk.

Nuş olsun!

Buna da baxın

Holland pendirli pomidor-yumurta

Whatsapp ilə Paylaş Nahar süfrələrinin vazkeçilməzi olan pomidor-yumurtanı hər kəs sevir. Bu sevimli yeməyə təzə …