Bizi mobildən daha sürətli  izləyin

Toyuqlu dürmək

Toyuqlu dürmək

Tərkibi:

-Toyuq filesi
-Pomidor – 1 əd
-Xiyar – 1 əd
-Xiyar (duzlu) -1əd
-Kahı -1 dəstə
-Ketçup
-Mayonez

Xəmir üçün:

-Süd – 2,5 st
-Un -1 st
-Yumurta – 3 əd
-Şəkər tozu -1/2 x.q
-Duru yağ – 1 x.q
-Duz

Hazırlanması:

Əvvəlcə yumurtanı çalırıq.Sonra növbə ilə südü,şəkər tozunu ,duzu, bitki yağını töküb yaxşıca qarışdırdıqdan sonra unu əlavə edib bir daha çalırıq. Tavanı qızdırıb pambığı yağa batırıb tavaya çəkib, balaca çömçə vastəsilə xəmiri tavaya töküb tavanı fırladırıq ki, xəmir hər tərəfə bərabər yayılsın. Fətirin hər iki üzü qızarmalıdır. Bu fətir böyük olmalıdı. Hazırladığımız fətirə mayonez və ketçup çəkib üzərinə doğranmış kahı qoyuruq. Tərəvəzləri samanvari doğrayıb kahının üzərinə qoyuruq. Qızartdığımız toyuq filesini də əlavə edib üzərinə mayonez ,ketçup ,duz ,istiot vurub büküb tavada azacıq qızardıb götürürük. Hazır olan toyuqlu dürməyi isti- isti yemək məsləhətdir.

feseli (1)

Nuş olsun!

Buna da baxın

Əti bişirməyin 7 üsulu

Whatsapp ilə Paylaş Ən çox güvəndiyiniz qəssabdan ən bahalı əti alıb, ən gözəl formada marine …