Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Toyuqlu kumpir resepti
Bizi mobildən daha sürətli  izləyin

Toyuqlu kumpir resepti

Toyuqlu kumpir resepti

kump

Tərkibi:

250 q toyuq filesi
6 ədəd orta boy kartof
su
1 yerkökü
1 x.q. kərə yağı
1 armudu st. yaşıl noxud konservi
1 armudu st. sürtgəcdən keçirilmiş holland pendiri
cəfəri
duz
istiot

Hazırlanması:

Kartofları yuyun, qazana yığıb üzərinə çıxacaq qədər su tökün. 15 dəqiqə bişirin. Qazandan çıxarın, bıçaqla ortasını çərtin. Çay qaşığıyla kartofların içini bir qədər ovun. Ovduğunuzu xırda-xırda doğrayın.

Toyuq ətini və yerkökünü kvadrat şəklində doğrayıb kərə yağında qovurun. Doğradığınız kartofla qarışdırın, noxud, sürtgəcdən keçirilmiş holland pendiri, xırda doğranmış cəfəri, duz, qara istiot vurub qarışdırın. Daha sonra qarışımı  içini oyduğunuz kartofların içinə doldurun. Süfrəyə isti-isti verin.

Nuş olsun!

Buna da baxın

Pendirli toyuq kotleti resepti

Whatsapp ilə Paylaş  Tərkibi: 1 kilo çəkilmiş toyuq əti (hinduşka əti də ola bilər) 2 …