Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Toyuqlu Qat-Qat Piroq
Bizi mobildən daha sürətli  izləyin

Toyuqlu Qat-Qat Piroq

Tərkibi:

Pendirli Biskvitlər Üçün

-5 yumurta
-3 xörək qaşığı mayonez
-3 xörək qaşığı mannı və ya adi ağ un
-400 qram sürtgəcdən keçirilmiş bərk pendir (məsəl üçün Çedar pendiri. Bir neçə pendirin qarışığı da ola bilər, amma aralarında mütləq sarı rəngdə bir pendir olsun)

İçi Üçün

-1 kilo çəkilmiş toyuq filesi (çəkilmiş hind quşu əti ilə əvəz edə bilərsiniz)
-6 xörək qaşığı yağ (duru və ya kərə)
-2 ədəd orta boy baş soğan – xırda-xırda doğrayın
-Zövqə görə duz
-Zövqə görə istiot

Xırda-xırda doğranmış şüyüd – zövqə görə (zəruri deyil)

Hazırlanma Qaydası

Ölçüləri 33 x 28 sm olan 2 ədəd soba listinin dibinə perqament kağızı sərin.

Sobanı 180Cdək qızdırın.

Pendirli biskvitləri hazırlayın. Bunun üçün yumurtaları mikser və ya çəngəllə yaxşıca çalın. Mayonez, mannı və ya un, və pendiri əlavə edib qarışdırın.

cheese-batter11

Alınan qarışığı iki hissəyə bölüb, hazırladığınız listlərə töküb yayın.

cheese-batter2

Biskvitləri sobanın orta rəfində bir az qızaranadək bişirin. Sobadan çıxardıb, kənara qoyun ki, biskvitlər soyusun.

cheese-batter3

İndi isə hər biskviti ortadan (uzunlamasına deyil) ikiyə kəsin. Beləliklə 4 biskvitiniz olacaq. Yavaşca biskvitləri perqament kağızından soyub çıxardın.

cheese-batter4

İçi hazırlayın. Bunun üçün tavada yağı qızrıdıb, soğanı bu yağda qızardın. Kənara qoyub soyudun. Ət, duz, istiot və göyərtini buraya əlavə edib qarışdırın.

Sobanı 160Cdək qızdırın.

Folqa kağızını iri-iri kəsib listin üstünə elə sərin ki, listin dibini tamamilə örtsünlər və şəkildəki kimi, kənarları sobadan qırağa çıxsın.

foil-paper

Biskvitlərdən birini listin ortasına yerləşdirib, için üçdə bir hissəsini üstünə yayın.

filling1

İkinci biskviti bunun üstünə yerləşdirib, içdən yayın.

filling2

Beləcə davam edin. Axırıncı biskvitlə piroqu örtün.

filling3

Folqa kağızının kənarlarıyla piroqu şəkildəki kimi örtün. Piroqu 50 dəqiqə ərzində bişirin.

wrapped

Sobadan çıxardın.

cooked

Qoyun piroq folqanın içində 10-15 dəqiqə dincəlsin. Sonra isə folqanı açıb, piroqu süfrəyə verin.//azcookbook.com

Buna da baxın

Tərəvəzli toyuq resepti

Whatsapp ilə PaylaşTərkibi: 1 ədəd kartof 1 su stəkanı noxud (konservləşdirilmişdirsə, yuyub suyunu süzmək kifayətdir) …