Əsas səhifə / Manşet / Truffle tortu
Bizi mobildən daha sürətli  izləyin

Truffle tortu

Tərkibi:

  • 6 yumurta (5 yumurta ağı, 6 yumurta sarısı)
  • 50 qr un
  • 20 qr qarğıdalı nişastası
  • 15 qr kakao
  • 30 ml isti su
  • 130 qr şəkər tozu

Krem üçün:

  • 200 qr şokalad
  • 500 ml qaymaq (30 faizli yağlılıq)

Sirop:

  • 3x/ qaşığı isti su
  • 2 x/qaşığı şəkər tozu

Beze üçün:

  • 50 qr şəkər tozu
  • 1 yumurta ağı
  • 0.5 ç/qaşığı kakao

Üzəri üçün:

  • şokalad
  • kakao
  • qoz ləpəsi

Hazırlanması:

Kakaonu isti su ilə qarışdırırıq. Unun üzərinə nişastanı əlavə edərək, qarışdıraraq 2 dəfə ələkdən keçiririk. Yumurta ağlarını çırpırıq. Az-az şəkər tozunun yarısını əlavə edərək, qarışdırmağı davam edirik. Digər qabda yumurta sarılarını çırpırıq. Şəkər tozunun qalan hissəsini əlavə edib, şəkər tozu həll olunana qədər qarışdırırıq. Daha sonra su ilə qarışdırdığımız kakaonu (kakao isti olmamalıdır) əlavə edirik. Ələkdən keçirərək unu əlavə edərək qarışdırırıq. Az-az bezeni əlavə edərək, qarışdırmağa davam edirik. Səkkiz bərabər hissədə hazırladığımız yağlı kağızlar (20 sm diametr) üzərində yayırıq. Əvvəlcədən qızdırılmış 190 dərəcəlik sobada 5-8 dəqiqə bişiririk.

Kremin hazırlanması:

Şokaladı su hamamında əridirik.Qaymaqı da bir qədər qızdırırq. Daha sonra əridilmiş şokaladın üzərinə isti qaymağı əlavə edərək qarışdırırq. 3-4 saat soyuducuda gözlədirik. Soyuducudan çıxardıqdan sonra mikserlə qarışdıraraq krem əldə edirik.

Siropun hazırlanması:

Şəkər tozu ilə suyu qarışdırırıq. Bir qədər su hamamında (1-2 dəqiqə)saxlayırıq ki, şəkər tozu tam həll olsun.

Biskivitlərin üzərinə sirop çəkdikdən sonra üzərinə krem çəkirik. Üst-üstə düzdükdən sonra kənarlarını və üzərini kremləyirik. 30-40 dəqiqə soyuducuda gözlədirik.

Üzəri üçün:

Yumurta ağını çırpırıq. Daha sonra az-az şəkər tozu əlavə edərək beze əldə edirik. Krem paketi ilə yağlı kağız üzərinə kiçik formalar düzürük. Üzərinə kakao səpərək, 130 dərəcəlik sobada 1 saata qədər bişiririk.

Tortun üzərinə sürtgəcdən keçirilmiş şokaladı, kəanrlarına isə xırdalanmış qozu səpirik. Bir qədər kakao səpdikdən sonra hazırladığımız bezeləri düzürük. Soyuducuda 20-30 dəqiqə gözlətdikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Bal tortu

Whatsapp ilə PaylaşTərkibi: 1 stəkan (200 qr) şəkər tozu 100 qr kərə yağı (vəya marqarin) …