Əsas səhifə / Əsas menu / Gözəllik / Tünd saçlı xanımlar üçün makiyaj məsləhətləri
Bizi mobildən daha sürətli  izləyin

Tünd saçlı xanımlar üçün makiyaj məsləhətləri

tunnnMakiyajı dəri, saç və göz rənginə uyğun seçmək sizi olduğunuzdan daha gözəl göstərər. Bunun üçün bir neçə məqama diqqət yetirməlisiniz. Qadinklubu.com bu dəfə, əsmər  xanımlar üçün makiyaj hiylələrini təqdim edir.

Eyeliner

Sarışın və qızılı saçlı xanımlar, kirpikləri nəzərə çarpsın deyə tujdan istifadəyə daha çox önəm verirlər. Əsmərlərin isə buna bir o qədər ehtiyacı yoxdur. Təbii ki, tujla daha uzun və canlı kirpiklər əldə edə bilərsiniz. Lakin sizin üçün ən önəmli kosmetik vasitə eyeliner olacaq. Eyeliner sayəsində sizin üz xətləriniz, qaşlarınız daha çox diqqət çəkəcək. Ümumiyyətlə eyeliner qara saçlarla çox gözəl uyumluluq yaradır.

Tünd saçlar üçün göz makiyajı

Diqqətçəkən göz makiyajı seçin. Əgər gözlərinizi cəlbedici göstərmək istəyirsinizsə, işıltıdan istifadə edin. Yox, əgər diqqəti dodaqlara yönəltmək istəyirsinizsə, gözlərinizin makiyajını bir qədər mat tonlarla edin. Qara və təbii rənglərdən təşkil olunmuş makiyaj əsmər xanımlara gözəl yaraşır.

Bənövşəyi və yaşılın bəzi tonları da xoşagələn görünə bilər. Xüsusi bir gecəyə dəvət olunmusunuzsa, çəhrayı və ya bordo tonlardan istifadə edə bilərsiniz.

Tünd saçlar üçün dodaq boyası

Mərcan və qırmızı rəng dodaq boyaları əsmərlərdə göz qamaşdırıcı görünür. Siz də sınamaqdan çəkinməyin.

Tünd saçlar üçün qaşlar

Qaşlarınızı gözəlliyini xüsusi vurğulayın. Qələmlə qaşlarınızdakı boşluqları doldurun.

Tonal krem seçimi

Əsmər xanımlara sarı tonlu və təbii qəhvəyi rəng tonal krem daha uyğun olacaqdır.

Ənlik seçimi

Ənlik seçiminizi təbii, çəhrayı tonlarından edin.

 

 

 

Buna da baxın

Əsmərlərə hansı saç rəngi yaraşır

Whatsapp ilə PaylaşƏsmərlərə hansı saç rəngi yaraşır   Qadınlar saç rəngi seçmində ən məhdud seçimlərə …