Əsas səhifə / Manşet / Türkiyə mətbəxi-“Quru fasulye”
Bizi mobildən daha sürətli  izləyin

Türkiyə mətbəxi-“Quru fasulye”

Tərkibi:

  • 2 xörək qaşığı kərə yağı
  • 2 ədəd quru soğan
  • 1 ədəd pomidor
  • 100 qr mal əti
  • 1 kasa ağ lobya (fasulye)
  • 3 xörək qaşığı tomat
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qırmızı istiot
  • 1 çay qaşığı qara istiot
  • 1 dilim limon

Hazırlanması:

Qazanda yağı əridib üzərinə, sürtgəcdən keçirilmiş soğanı əlavə edirik. 2-3 dəqiqə qovurduqdan sonra, sürgəcdən keçirilmiş pomidoru və əvvəlcədən bir az qovrulmuş tikə ətləri də qazana əlavə edib, qovurmağa davam edirik. Qapağını bağlayıb bir az qovurduqdan sonra, üzərinə tomat əlavə edərək 2 dəqiqə də qovururuq. Ədviyyatları sıra əlavə etdikdən sonra, ət suyu ilə qarışdırılmış 1 litr suyu qovurduğumuz ərzaqların üzərinə əlavə edirik. Hazırladığımız sousa bir gün əvvəlcədən ilıq suda yumşaldıldıqdan sonra qaynadılaraq bişirdiyimiz lobyaları (fasulye) əlavə edirik. Bir dilim limonu sıxaraq suyunu və (sıxılmış limon diliminin qabığı nəzərdə tutulur) özünü də qazana əlavə edirik. Limon qabığının əlavə edilməsində məqsəd, həzmi rahatlaşdırmasından irəli gəlir. Qazanın qapağını qoyub 35-40 dəqiqə qaynadaraq bişiririk. 40 dəqiqədən sonra limon qabığını qazandan çıxardıqdan sonra servis edə bilərik.

Nuş olsun!