Əsas səhifə / Əsas menu / Xəbər / Türkiyəli sənətçi qətlə yetirildi
Bizi mobildən daha sürətli  izləyin

Türkiyəli sənətçi qətlə yetirildi

yuTürkiyəli sənətçi qətlə yetirildi

Türkiyənin tanınmış musiqiçisi Dəyər Dəniz evində ölü tapılıb.

Məlumata görə, sənətçi əlləri bağlanıb boğularaq qətlə yetirilib. Dəyərin qardaşı Orxan iki gündür bacısından xəbər ala bilmədiyindən dünən onun evinə yollanıb. Qapını açan olmadığını görən O.Dəniz çilingir çağırıb. İçəridə bacısının cəsədi ilə qarşılaşan Orxan dərhal polis çağırıb. İlkin ekspertizadan sonra məlum olub ki, D.Dənizin əlləri telefon şunuru ilə bağlanıb, özü isə kəmərlə boğularaq qətlə yetirilib. Musiqiçinin cəsədi tibbi ekspertizadan keçirildikdən sonra qətlin təfərrüatları bəlli olacaq.

Qeyd edək ki, Dəyər 2012-ci ildə “Gözlə” adlı albom çıxarıb. O, “Bez bebek” serialının musiqisinin müəllifidir. Son zamanlar isə otellərin birində çalışırmış.


Buna da baxın

Oruc tutanlar iftarı bu yeməklə başlayın – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Prof. Dr. Murad Baş mübarək Ramazan ayında mədə bağırsaq sisteminin sağlam fəaliyyəti …