Əsas səhifə / Əsas menu / Sağlamlıq / Turp haqqında bilmədiklərimiz
Bizi mobildən daha sürətli  izləyin

Turp haqqında bilmədiklərimiz

h

Turp qaraciyərə çox faydalıdır.

Eyni zamanda sarılıq xəsətliyinə, böyrək və öd daşlarını tökməyə, revmatizm ağrılarına, astma bronxit, yuxarı tənəffüs yolu xəstəliklərinə çox yaxşı kömək edir. Ta qədimdən turp xalq arasında qiymətli tərəvəzdir.

Turp iştahı açan, antimikrobiyal maddələrlə zəngin, diş ətini qüvvətləndirir. Ürək- damar sisteminə olduqca faydalı olan turp, eyni zamanda xərçəngə qarşı (xüsusilə ağciyər və qalın bağırsaq) qoruyucu təsirə malikdir.
Bol miqdarda kalium, fosfor, kalsium, dəmir, vitamin K və digər maddələr ehtiva edən turp eyni zamanda pürin maddələr mübadiləsini sürətləndirir. Qanı təmizləyir.

Dəri baxımında da xüsusilə qadınlar tərəfindən istifadə edilən və dəriyə təzəlik verən turp, eyni zamanda saçların sağlam olmasında da faydalıdır.

Turp, tərkibində yüksək dəmir və fol turşu olduğundan anemiya (qansızlıq) riskini də azaldır. Həmçinin tərkibindəki kalium isə yüksək təzyiqi sabitləşdirməkdə faydalıdır.

Öskürəyə qarşı istifadə olunan qara turp yuyulur, qurulanır, içi oyulur yerinə bal qoyulur. Hansısa bir stəkanın ya kasanın üzərinə qoyulur, altından zamanla bal turpun suyu ilə bərabər süzülür. Gün ərzində 1 ç.q içilir. 1 yaşından yuxarı uaşqlara da vermək olar.

atv.az

Buna da baxın

İspanağın inanılmaz faydası!

Whatsapp ilə Paylaş Dəri mütəxəssisi Dr. Şərafəddin Saraçoğlu, sızanaq kimi dəri xəstəliklərində çox faydalı olan …