Əsas səhifə / Əsas menu / Gözəllik / Turp ilə uzun saçlar xəyal deyil
Bizi mobildən daha sürətli  izləyin

Turp ilə uzun saçlar xəyal deyil

9e7ab95dturp-suyu-ile-sac-uzatma

Qadınların ən əhəmiyyətli problemlərindən biri saçlarının gec uzanmasıdır. Hər şeydən öncə, gözəl və sağlam saçlar üçün aşağıdakılara diqqət edin:

• Bol miqdarda su istehlak edin.
• Daimi və balanslı bəslənin.
• Ehtiyac duyulduğu zaman vitamin qəbul edin.
• Təzə tərəvəz və meyvə istehlakı mütləqdir.

Gördüyünüz kimi, sağlam və gözəl görünüşlü saçlar üçün qızıl qayda sağlam qidalanmaqdır. Bundan başqa, xüsusi maskalarla, sağlam saçlarınızın tez uzanmasını təmin edə bilərsiniz.
Saçların tez uzanması və baxımlı görünməsi üçün turp maskası necə hazırlanır? Qadinklubu.com təqdim edir.

Tərkibi:

• 3 stəkanı içməli su
• 1 ədəd yumurta sarısı
• 1 ədəd orta böyüklükdə qara turp

Hazırlanması və tətbiqi:

Kiçik bir qazana 3 stəkan su töküb, turpu qabığı ilə suyun içinə rəndələyin. Su və turp qarışımını yarım saat qaynadın. Sonra qarışımın soyumağını gözləyin.
Qarışım soyuduqdan sonra, bir tənzifin köməyi ilə suyu süzün. Təmizlənmiş turp suyunun içinə bir ədəd yumurta sarısı əlavə edib, yaxşıca qarışdırın. Qarışımı saç diblərindən başlayaraq, saça masaj edərək, çəkin. Sonra saçlarınızı, bağlayın. 3-4 saat gözlədikdən sonra, saçınızı şampun ilə yuyun. Bu maskanı həftədə 3-4 dəfə tətbiq etməlisiniz.

Buna da baxın

Çaytikanı yağı ilə gözəlləşin – Necə?

Whatsapp ilə Paylaş Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. …