Əsas səhifə / Əsas menu / Gözəllik / Tuşdan istifadənin qızıl qaydası
Bizi mobildən daha sürətli  izləyin

Tuşdan istifadənin qızıl qaydası

kkkk

Daha təsirli baxışlar üçün göz makiyajında tamamlayıcı vasitə tuşdur.

Tuş istifadə etmək, ilk baxışdan sadə görünə bilər. Amma hər vasitə kimi tuşun istifadəsində də bəzi önəmli qaydaları vardır. Ən önəmlisi düzgün tuş seçimidir. Kirpikləri uzatmaq və gurlaşdırmaq üçün fərqli tuşlardan istifadə etmək lazımdır. Tuştətbiq etməmişdən əvvəl kirpik qaldıran vasitədən istifadə etmək məsləhətdir.

Bütün bu və bu kimi məqamları Qadınklubu.com sizlər üçün hazırlayaraq təqdim edir.

Qızıl qaydalar

– Aşağıdan yuxarıya:

Tuş tətbiq edərkən, dibdən ucları istiqamətində fırçanı hərəkət etdirmək lazımdır. Belə olan halda, altdakı kirpiklər də boyanaraq daha gur kirpik görüntüsü əldə edilir. Bu qayda ilə ardıcıl olaraq 2-3 dəfə tuşu tətbiq etmək, və əvvəlcədən kirpik qaldıran vasitədən istifadə etmək, mükəmməl görüntü əldə etməyinizə kömək edəcək.

-Ziq-zaq:

Ziq-zaq hərəkətindən istifadə kirpiklərin sıxlığını artıracaq və onları uzadacaq. XXL bir təsir əldə etmək üçün bu ipucu çox işinə yarayacaq.

-Daha böyük gözlər üçün:

Hər makiyaj sevər daha böyük gözlər yaratmaq istər. Tuşu ən dibdə qalan kirpiklərinə tətbiq etmək, gözlərinizə daha böyükmüş görünüş qazandırmağa kömək olacaq.

-Baxışlara rəng gəlsin:

Rəngli tuşlardan istifadə etməyi seçmisinizsə, beləolan halda göz kölgəsi və ya karandaşdan istifadəyə ehtiyac yoxdur. Əks təqdirdə süni bir görüntü olacaq.

Buna da baxın

Gözləri böyük göstərən makiyaj

Whatsapp ilə Paylaş Gözləri böyük göstərən makiyaj • Əgər göz ətrafında qara kölgələr və ya …