Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Tut qurusunun bilinməyən faydaları
Bizi mobildən daha sürətli  izləyin

Tut qurusunun bilinməyən faydaları

14475783610.58752700

Tut qurusu, dəmir baxımından zəngin, sidik qovucu, bağırsaq qurdlarına qarşı təsirli bir meyvədir. Kalsium və dəmir mənbəyi olan tut qurusu, B1, B2 və C vitamini baxımından da olduqca zəngindir. Tərkibinə görə, bir çox xəstəliyin çarəsidir.

Təzə tut, toplanan kimi dərhal istehlak edilməlidir. Lakin qış aylarında yeyilən quru tutun da möcüzəvi təsiri vardır.

Tut qurusunun faydaları:

  • Bədənə qüvvət verən bir qidadır.

-Qan azlığını qarşısını almaq üçün əla vasitədir.

  • Ac qarına qəbul edildiyində, bağırsaqların yaxşı işləməsinə səbəb olur. Sidik qovucu rolunu oynayır.

  • Ağızda, badamcıqlarda, boğaz iltihabında, diş əti xəstəliklərində tut qurusu istifadənin xeyri böyükdür.

  • Öskürəyi kəsmək üçün istifadə edilir.

  • Qaraciyəri qüvvətləndirici təsiri vardır.

  • Qızdırmanı aşağı salır.

  • Mədə və bağırsaqların nizamlı işini təmin edir.

  • Aç qarınına qəbul edildiyində bağırsaq qurdlarını məhv edir.

İltihablı xəstəliklərin müalicəsində istifadə edilir:

Ta Osmanlı dövründən  etibarən Anadoluda, tut qurusu və yarpaqları iltihablı xəstəliklərdə istifadə edilir. Yarpaqlarında təbii antibiotik və antiseptik maddələrin olması səbəbiylə, tut qurusu və yarpaqlarından hazırlanmış çayla edilən müalicə, şəkər xəstələri üçün əvəzedilməzdir.
Qadinklubu.com

Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …