Əsas səhifə / Manşet / Üçbucaqlı tort
Bizi mobildən daha sürətli  izləyin

Üçbucaqlı tort

Tərkibi:

Bəyaz biskivit üçün:

  • 200 qr un
  • 200 qr xama 20%-li
  • 90 qr şəkər tozu
  • 10 qr vanil
  • 2 yumurta
  • 3 qr qabartma tozu
  • 1 qr qida sodası
  • 0.5 qr duz

Kakaolu biskivit üçün:

  • 180 qr un
  • 20 qr kakao
  • 90 qr şəkər tozu
  • 10 qr vanil
  • 200 qr xama 20%-li
  • 2 yumurta
  • 3 qr qabartma tozu
  • 1 qr qida sodası
  • 0.5 qr duz

Krem üçün:

  • 400 qr xama 30%-li
  • 120 qr şəkər tozu
  • 10 qr vanil

Üzəri üçün:

  • 50-70 qr qoz ləpəsi
  • 10-15 qr kakao

Kremin hazırlanması:

  • Xama, şəkər tozu və vanili qarışdıraraq krem əldə edirik.

Hazırlanması:

Soda, duz və qabartma tozunu unla qarışdırırıq. Digər qabda şəkər tozu, vanil və yumurtanı çırpırıq. Daha sonra xamanı əlavə edərək, qarışdırdıqdan sonra, əvvəl hazırladığımız unu az-az əlavə edərək qarışdırmağa davam edirik. Hazırladığımız xəmiri 30×20 sm ölçüsündə olan kalka sərilmiş siniyə yayaraq, əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada 25-30 dəqiqə bişiririk. Digər biskivit də eyni qayda ilə hazırlanır. Yeganə fərq kakaonun əlavə edilməsidir.
Biskivitlər soyuduqdan sonra, üzərini nazik formada kəsərək iki hissəyə bölürük. Qalan qisminin kənarlarını düzləşdirdikdən sonra uzunsov formada olması şərtilə mərkəzdən iki yerə bölürük. Bu hissələri üzərini kremləyərək üst-üstə yığıb salafanla bükərək 2 saat soyuducuda saxlayırıq. Soyuducudan çıxarılmış keksi dioqanal şəkildə bölərək əks istiqamətdə yan—yana qoyub, üzərini və kənarlarını kremləyirik. Üzərinə qoz ləpəsi və kakao səpərək 1 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

Qeyd:100qr- 344 kkal.

 

Buna da baxın

Mimoza tortu

Whatsapp ilə PaylaşTərkibi: (Eyni miqdarda ərzaqla 2 biskvit hazırlayın) 4 yumurta 125 qr un 125 …