Əsas səhifə / Manşet / “Üçlük” salatı
Bizi mobildən daha sürətli  izləyin

“Üçlük” salatı

Tərkibi:

  • 4 çuğundur
  • 4 kök
  • 250 qr pendir
  • 50 qr qoz
  • mayonez
  • 50 qr kişmiş
  • 4 diş sarımsaq
  • Duz, istiot zövqə görə

Hazırlanması:

Qaynadıldıqdan sonra sürtgəcdən keçirilmiş çuğundurun suyunu çıxarın. İncə doğranmış qozu əlavə edib qarışdırın. Üzərinə mayonez və duz, istiot əlavə edib qarışdırın. Eyni qayda ilə sürtgəcdən keçirilmiş kökə kişmiş və mayonez əlavə edib qarışdırın. Pendirə incə doğranılmış sarımsaq əlavə edib bir qədər qarışdırdıqdan sonra bir qədər mayonez əlavə edib qarışdırmağa davam edin. Çuğunduru servis boşqabına tökün. Üzərinə köklü qarışımı əlavə edin. Sonra isə pendirli qarışımı əlavə edin. Bu qayda ilə bütün ərzaqlar qurtarana qədər davam edin. Üzərinə bir qədər mayonez çəkin. Üzərini isə zövqünüzə görə bəzəyə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Portağallı yaş keks

Whatsapp ilə PaylaşTərkibi: 4 yumurta 10 x/qaşığı şəkər tozu Yarım su stəkanı duru yağ 1 …