Əsas səhifə / Manşet / Ukrayna borşunun hazırlanma qaydası
Bizi mobildən daha sürətli  izləyin

Ukrayna borşunun hazırlanma qaydası

hj

Azərbaycan mətbəxində çoxlu şorbalar vardır.

Bu şorbalar naharın əhəmiyyətli hissəsini təşkil edir və bir çoxu əsasən soyuq vaxtlarda və qış aylarında hazırlanır. Mətbəximizdə sevilərək hazırlanan, vitaminlərlə zəngin çox əhəmiyyətli şorbalardan biri də borşdur. Hamıya məlumdur ki, borş Ukrayna mətbəxinə aid yeməkdir.

Qadınklubu.com borşun Ukrayna variantını sizə təqdim edir:

Tərkibi:

mal əti (döş, kürək hissəsi) – 500 q
kələm – 400 q
kartof – 4 ədəd
çuğundur – 3 ədəd
kök – 1 ədəd
soğan – 1 ədəd
tomat pastası – 2 xörək qaşığı
pomidor – 2 ədəd
kərə yağı – 1 xörək qaşığı
üzüm sirkəsi – 1 xörək qaşığı
şəkər – 1 xörək qaşığı
sarımsaq – 2 diş
qara istiot (dənələri) – 2 ədəd
ətirli istiot (dənələri) – 2 ədəd
dəfnə yarpağı – 1-2 ədəd
xama – 100 q
cəfəri – 3 şaxə, zövqə uyğun
duz – zövqə uyğun

Hazırlanma qaydası:

Sümüklü əti (döş və kürək hissəsi) yaxşıca yuyub, damardan təmizləyib üzərinə soyuq su əlavə edirik. Güclü odda qaynama həddinə çatdırıb kəfini yığırıq və odu azaldırıq. 3-4 saat qaynadıb müntəzəm şəkildə kəfini yığırıq, duz, istiot vururuq.

Əti çıxarıb sümükdən ayırıb doğrayırıq, bulyonu süzürük.

Çuğunduru təmizləyib yuyuruq və nazik çubuq şəklində doğrayıb duzlayırıq, sirkələyirik.

Yağı tavaya qoyub tomat pastası, şəkər əlavə edib yarımhazır vəziyyətə çatdırırq.
Baş soğanı, kök və cəfərini xırda doğrayırıq. Soğanı yağda qızardıb, doğranmış kök və cəfəri kökünü əlavə edib hamısımı bir yerdə qızardırıq.

Kartofu təmizləyib xırda tikələrə bölürük, təzə kələmi xırda doğrayırıq.

Süzülmüş bulyonu isidirik, doğranmış kartof və kələmi əlavə edib qaynama həddinə çatdırırıq və 15-20 dəqiqə bişiririk. Sonra pörtlədilmiş çuğundur, qızardılmış soğan, kök və cəfəri kökünü əlavə edirik.

Pomidorları yuyub doğrayırıq. Unu tavada qızardıb bulyonda yaxşıca qarışdıra-qarışdıra həll edirik. Zəif qaynayan tərəvəzli bulyona pomidor, acı və ətirli istiot, dəfnə yarpağı və un əlavə edib 5-7 dəqiqə qaynadırıq.

Cəfərini xırda-xırda doğrayırıq, sarımsağı təmizləyib həmçinin xırda-xırda doğrayırıq. Göyərtini sarımsaq və mal ətininb iç piyi ilə döyüb küftə halına salırıq və alınan kütləni borşa əlavə edirik. Qaynama həddinə çatdırırıq (qaynatmamaq!)

Süfrəyə verilməzdən əvvəl borşu kənarda təxminən 20-30 dəqiqə saxlayırıq. Əvvəlcə boşqaba ət tikələri, xama qoyub, sonra borşu əlavə edirik, üzərinə xırda doğranmış cəfəri səpirik.

Buna da baxın

Yeni il təamı-sobada hinduşka

Whatsapp ilə PaylaşAzərbaycanda yeni ildə çox  rast gəlinməsə də, avropa ölkələrində bu təamdan yeni il …