Əsas səhifə / Əsas menu / Xəbər / Ukraynalı deputat Polad Bülbüloğlunun mahnısını oxudu – Video
Bizi mobildən daha sürətli  izləyin

Ukraynalı deputat Polad Bülbüloğlunun mahnısını oxudu – Video

uUkraynalı deputat Polad Bülbüloğlunun mahnısını oxudu – Video

Ukraynanın tanınmış estrada ulduzu, Ukrayna Ali Radasının deputatı Zlata Oqneviç Azərbaycan mahısı oxuyub.

İfaçı şair Fikrət Qocanın və bəstəkar Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını ifa edib.

Tamamilə yeni aranjimanda təqdim olunan mahnı üzərində Ukrayna, Almaniya və İngiltərədən olan beynəlxalq komanda işləyib.
P.Bülbüloğlunun repertuarına müraciət edən Zlata Oqneviç bununla Azərbaycan musiqisinə və sənətkarımıza olan rəğbətini ifadə etmək istədiyini deyib:

“Bu mahnını ifa etməklə mən Azərbaycanın mədəni irsinə sevgimi, Azərbaycan xalqının ənənələrinə hörmətimi və əfsanəvi bəstəkar və müğənni Polad Bülbüloğluya rəğbətimi bildirmək istədim”.

“Baku Music Factory” kanalının təqdim etdiyi klipi oxucularımızın ixtiyarına buraxırıq:



Buna da baxın

Qaynadılmış kartofla dərinizi ağarda bilərsiniz

Whatsapp ilə Paylaş Dərinizi qaynadılmış kartof ilə ağartmaq heç ağlınıza gəlmişdi? Qadinklubu.com olaraq bu gün …