Əsas səhifə / Əsas menu / Şou-biznes / Ülvira: Namus boş şeydir
Bizi mobildən daha sürətli  izləyin

Ülvira: Namus boş şeydir

1353159259_page

Ülvira: Namus boş şeydir

“Qadınların özlərini namuslu kimi təqdimatı məndə qıcıq yaradır. Əgər bu namus səndə varsa, bunu niyə bayraq edirsən”

Bunu Movqe.az-a müsahibəsində teleaparıcı Ülvira Qarayeva deyib. O, bildirib ki, kimdə nə yoxdu, onu nümayiş etdirməyə çalışır:

“Namusu olmayanlar namusdan danışır, dərs keçir. Bunlar ayıb şeylərdi. Bir qadın namusdan yazanda, bir də kişilər bahalı avtomobilləri ilə şəkillərini sosial şəbəkələrə qoyanda əsəbiləşirəm. Yəqin o maşın özlərindən bahalıdır da. Elə şeylərlə özlərini dəyərli hesab edirlər. Sosial şəbəkədə biri yazır ki, mənim qadın namusuma göz dikənlər çox olub belə, elə… Belə bir şeyi necə yazmaq olar. Namus başqa şeydi. Namus vicdanlı, halal olmaqdı. Qadınların nəzərdə tutduğu namus isə boş şeydi. Ən yaxşısı adam demək istəyir ki, namusunuza söydürməyin!”.

Buna da baxın

Qadınlar niyə xəyanət edir?

Whatsapp ilə PaylaşQadınlar niyə xəyanət edir? Kişilər, qadınlarla müqayisədə dörd dəfə tez və çox xəyanət …