Əsas səhifə / Manşet / Ümummilli Lider Heydər Əliyevin doğum günü
Bizi mobildən daha sürətli  izləyin

Ümummilli Lider Heydər Əliyevin doğum günü

Bu Bizik proqramının növbəti buraxılışı  Ümummilli lider, Ulu öndər Heydər Əliyevin ad gününə həsr olunmuşdur. Ümummilli Lider Heydər Əliyevi yaxından tanıyan sənət nümayəndələri proqramın qonağı qismində öz xatirələrini, fikirlərini bölüşmüşlər. Qonaqlardan biri  şair Nəriman Həsənzadə olmuşdur. Heydər Əliyevin sənətə sənətkara verdiyi qiymətdən, sənət adamlarına xüsusi diqqətindən bəhs etmişdir. Sənətkara verdiyi dəstəkdən və “Mənim ədəbi taleyim” kitabında şair Ümumilli lider Heydər Əliyevlə öz görüşlərini qələmə almış və oxucuların ixtiyarına vermişdir. Əfdandil İsrafilov, Teymur əmi, Simarə İmanova, Bilal Əliyev, Pünhan İsmayıllı kimi sevilən sənətkarlar da Fərqanə Gülağaqızının qonağları sırasında idilər. Hər sənətkar Ulu öndər haqqında fikirlərini, görüşlərini paylaşmış və təbii ki,  öz repertuarındakı sevilən ifalarından səsləndirərək təntənəli şəkildə Ulu Öndərin doğum gününü qeyd etmişlər.

 

Buna da baxın

“Bu Bizik”də Novruz bayramı – Video

Whatsapp ilə Paylaş “Bu Bizik” proqramının Novruz bayramı buraxılışı sazlı-sözlü, olduqca əyləncəli və maraqlı bir …