Əsas səhifə / Manşet / Un halvasının hazırlanma qaydası
Bizi mobildən daha sürətli  izləyin

Un halvasının hazırlanma qaydası

l

Azərbaycan mətbəxinin ləzizi təamlarından biri də un halvasıdır.

Ləziz halvanın hazırlanması olduqca asandır. Çox rahatlıqla siz də hazırlaya bilərsiniz.

Qadınklubu.com sözügüdən halvanın hazırlanması qaydaasını sizlərə təqdim edir.

Tərkibi:

Un-180 qram,
Kərə yağı -200 qram,
Şəkər tozu -200 qram,
Su -200 ml,
Duz -bir çimdik.

Şərbət üçün:

Şəkər tozu 200 qram
Su 200 ml

Hazırlanması:

İlk öncə şərbəti hazırlayırıq. Bunu üçün 200 qram şəkər tozuna 200 ml su töküb qaynamağa qoyuruq. Şərbət qaynayan kimi onu kənara qoyuruq. Şəkərlənməməsi üçün yarım limonu (tam halda) qaba əlavə edin.

200 qram yağı tavaya töküb əridirik. Əridikdən sonra asta-asta un və bir çimdik duz əlavə edərək, qovururuq. Qaz orta odda olmalıdır. Yağla un qızılı rəngdə olana kimi dayanmadan qovururuq. Un qızılı rəngdə olduqdan sonra tavanı kənara qoyub, şərbəti az-az əlavə edib qarışdırırıq. Yaxşı olması üçün bir qədər çox qarışdırın. O vaxta qədər ki,tavanın kənarına 1-2 mm yağ toplansın. Halva bişdikdən sonra soyuduqunda nisbətən bərkiyir. Çox bəkiyirsə unu çox olub deməkdir. Əgər durudursa, demək şərbəti çoxdur. Ərzaqların miqdarına diqqət edin.
Nuş olsun!

Buna da baxın

Ədviyyatların istifadə və saxlama üsulları…

Whatsapp ilə Paylaş Ədviyyatlara hər bir mətbəxdə demək olar ki, rast gəlmək olar. Hər bir …