Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Unlu börəyin hazırlanması – Resept
Bizi mobildən daha sürətli  izləyin

Unlu börəyin hazırlanması – Resept

boyt

Unlu börəyin hazırlanması – Resept

Sevimli yeməklərindən olan börəyin fərqli və asan hazırlanan növünü təqdim edir.

Ərzaqlar:

3 ədəd lavaş
100 qr marqarin
1.5 çay stəkanı duru yağ
3 ədəd kartof
1 ədəd soğan
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı toz bibər
Bir az da un

Hazırlanması:

Kartoflar yumşalana kimi qaynadın. Soyuduqdan sonra çəngəllə əzin. Soğanı doğrayıb duru yağ ilə qovurun. Oddan götürüb kartoflara qatın. Duz və istiotu əlavə edib qarışdırın. Marqarini əridib duru yağı da üzərinə əlavə edin. Lavaşı sərib hər tərəfini yağlayın. Bir az sulayıb üzərindən çay süzgəci ilə un səpin. Lavaşı ortadan ikiyə qatlayıb su və un əlavə edin. Kartofu bir kənarına yığıb qatlayın. Tavaya düzün. Qalan yağı börəklərin üzərinə çəkin. 180 dərəcədə üstü qızarana kimi bişirin. Nuş olsun!