Əsas səhifə / Manşet / Unsuz, yağsız, şəkərsiz kurabiyə
Bizi mobildən daha sürətli  izləyin

Unsuz, yağsız, şəkərsiz kurabiyə

kurr

Qadinklubu.com-un təqdim etdiyi bu reseptlə hazırlanan kurabiyələr kilo almaq istəməyənlər üçün əla seçim olacaq!

Lazım olan ərzaqlar:
1 paket hind qozu(50 qram),
1 alma,
7 qaşıq yulaf əzməsi,
Göz qərarı kişmiş,
1 yumurtanın ağı
Hazırlanma qaydası:

Əvvvəlcə almanı rəndədən keçirdin.
Kişmişi təmizləyin.
Yumurtanın ağını sarısından ayırın.
Bütün bunlardan sonra ərzaqları qataraq xəmir yoğurun.
Əldə etdiyiniz xəmiri bir az dincə qoyun.
Dincə qoyduğunuz xəmirdən kiçik-kiçik parçalar ayırın.
Həmin parçalara şəkil verməyə çalışın.
Sobanın tavasına kağız sərməyi unutmayın.
150 dərəcəyə qədər qızdırılmış sobada 15-20 dəqiqəyə yaxın bişirin.
Həm isti, həm də soyuq halda servis edə bilərsiniz.

 

Nuş olsun!