Əsas səhifə / Əsas menu / Praktika / Unun heç bilmədiyimiz faydaları
Bizi mobildən daha sürətli  izləyin

Unun heç bilmədiyimiz faydaları

01

Unun bu cür istifadə oluna bildiyinə, siz də təəccüblənəcəksiniz.

-Bankanın ağzını bağlamadan əvvəl ağız kənarlarına un səpin. Onda yenidən açanda o qədər də gücə düşməyəcəksiz.
-Parlaqlığını itirmiş dəmir qaba un səpib ovun. Təmizlədikdən sonra parıldayacaq.
-Qarışqaların evə girdiyi yerlərə un səpib onlardan canınızı qurtara biləcəksiniz.
-Bağa əkdiyiniz kartofların ətrafına un əlavə etsəniz, həşərat basmasının qarşısını ala bilərsiniz.
-Eyni miqdarda un və balı qarışdıraraq, sızanaqların üzərinə çəkib səhərə qədər saxlayın. Səhər oyandığınızda şişkinliyin endiyini görəcəksiniz.
-Təcili evdən çıxmalısınız və çimməyə vaxtınız yoxdursa, yağlı saç diblərinə un səpib quru şampun kimi istifadə etmək olar.
-1 kasa qırmızı üzümü əzib 2-3 qaşıq unla qarışdırıb dərinizə sürtün və 25 dəqiqə saxlayıb dəridəki toksinlərdən təmizləyən maska kimi istifadə edin.

Buna da baxın

Göbələk şorbası

Whatsapp ilə PaylaşTərkibi 8-9 ədəd göbələk 1 ədəd kiçik soğan 1 su stəkanı süd 1 …