Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Ürək formalı şokoladlı peçenye
Bizi mobildən daha sürətli  izləyin

Ürək formalı şokoladlı peçenye

b_420_0_16777215_0___images_stories_METBEX_pecenye-urek

Ürək formalı şokoladlı peçenye

Tərkibi:

– kərə yağı – 200 qr
– şəkər tozu – 150 qr
– un – 1,5 stəkan
– kakao – 3 xörək qaşığı
– yumurta – 1 dənə
– qabartma tozu – 1 çay qaşığı
– vanilin – 1 paket

Hazırlanması:

Yumşalmış yağ, şəkərlə və vanilinlə yaxşı qarışdırılır. Sonra yumurta əlavə olunur və qarışdırılır. Daha sonra un, qabartma tozu və kakao əlavə olunur, yaxşı qarışdırılır. Yumşaq elastik xəmir yoğurulur. Xəmiri sellofan plyonkaya bükülür və 1 saat ərzində soyuducuda saxlanılır. Daha sonra xəmir 1 sm qalınlığında yayılır, ürək formasında kəsilir (xüsusi formanın köməyi ilə) və perqament kağızı sərilmiş tavaya düzülür. Peçenye 160 C qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirilir.

Nuş olsun!

Buna da baxın

Almalı peçenye

Whatsapp ilə PaylaşTərkibi: Xəmir üçün: -1 ədəd yumurta -100 qr kərə yağı -Yarım su stəkanı …