Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ürək sağlamlığınızı qorumaq üçün məsləhətlər
Bizi mobildən daha sürətli  izləyin

Ürək sağlamlığınızı qorumaq üçün məsləhətlər

yuÜrək sağlamlığınızı qorumaq üçün məsləhətlər

Xüsusilə, ailəsində ürək xəstəsi olanların, müəyyən bir yaş üzərindəki və əvvəllər ürək müayinəsi etdirməmiş şəxslərin kardiloloji mütəxəssisə müraciət etməsi uyğun olacaqdır. Xolesterol, trigliserid və qan şəkəri ölçmələri mütləq edilməlidir. Bundan başqa, təzyiqin də nizamlı olaraq ölçdürülməsi gərəklidir. Bunları hər il təkrarlayın.

Siqareti mütləq buraxın:

Siqaretin zərərli təsiri, qadınlarda kişilərə nisbətən dahÜrək sağlamlığıa çoxdur. Siqaret, qadınlarda estrogeni parçalayaraq erkən klimaks riski ilə yanaşı, ürək və ağciyər sağlamlığına da mənfi təsir edir. Siqaret çəkən xəstələrin ürək əməliyyatından sonra yaxşılaşma müddəti də uzun çəkir. Siqaret buraxıldığı zaman bədən özünü sürətlə yeniləməyə başlayacaqdır.

Qidalanma qaydalarınızı dəyişin:

Ürək sağlamlığınız üçün balanslı və düzgün qidalanmağın önəmi böyükdür. Xolesterolun müəyyən bir səviyyədə qalması üçün yağ istifadəsinə çox diqqət edilməlidir. Heyvan mənşəli yağlardan uzaq durulmalı, kərə yağı, dozasında istehlak edilməli, zeytun yağı, günəbaxan, qarğıdalı, soya kimi bitki mənşəli yağlara üstünlük verilməlidir. Qırmızı ətin istifadəsi limitlənməli, ət olaraq balıq, hinduşka və toyuğa üstünlük verilməlidir. Qidalanmada, lobya, mərci, noxud kimi xolesterolsuz protein qaynaqlarına yer verilməlidir. Yağsız və ya az yağlı olan süd və süd məhsulları istifadə edilməlidir. Konsentrasiya edilmiş süd, içalat, kolbasa, sosiska, sucuq kimi qidalardan uzaq durulmalıdır. Aşağı kalorili meyvə və tərəvəzlər ürək xəstəliklərinə qarşı qoruyucu maddələr ehtiva edirlər. Gündə 5 porsiya meyvə və tərəvəz istifadə edilməlidir. Ağ un yerinə üzərində işlənməmiş buğda ununa (kəpəkli) üstünlük verilə bilər.

Bol-bol piyada gəzin:

Lift yerinə pilləkanÜrək sağlamlığıdan istifadə edilməli, yaxın yerlərə maşınla getmək əvəzinə piyada getməyə üstünlük verilməlidir. Həftədə ən az 3 dəfə 1 saat piyada gəzilməlidir. Soyuq havalarda ürək sağlamlığı üçün evlərdəki qaçış zolağında və ya böyük alış-veriş mərkəzlərində templi gəzintiyə üstünlük verilə bilər.

Meditasiya ürəyinizə yaxşı təsir edər:

Mümkün qədər stressdən uzaq durulmağa çalışılmalıdır. İnsan hər şeydən öncə özü ilə barışıq olmalıdır. Çox tez qərar verən, tez-tez danışan, pilləkənları bir neçə pillə birdən çıxmağa çalışan, yeməyi tez-tez yeyən , səbrsiz insanlar ( A tipi xarakter) yavaşlamağı bilməlidir. İç hüzur və ailə şəraitindəki xoşbəxtlik, ürək sağlamlığının qorunmasında çox təsirlidir.

İş həyatınıza diqqət edin:

İş mühitinin mümkün olduğu qədər xoş hala gəlməsi üçün idarəsiz ehtiras və rəqabət duyğusundan uzaq durulmalıdır. Ürək sağlamlığının qorunmasında iş və çalışma şərtləri önəmli bir yerə sahibdir. Ofis idmanları edilməli, işdə də hərəkətsiz həyatdan uzaq durulmalıdır. İşdə siqaret çəkilməsinə icazə verilməməlidir. Naharda sağlam qidalanmalı, fast food qidalardan uzaq durulmalı və zərərli atışdırmalar yeyilməməlidir.

Aşiq olun:

Aşiq olmaq, endorfin hormonunun istehsal olunmasını təmin edər və ürəyə yaxşı təsir edər. Endorfin, xoş əhval-ruhiyyə və xoşbəxtlik hissi verən bir hormondur. Yaxşı bir sevgi həyatı, ürək sağlamlığı üçün çox önəmlidir. Xoşbəxt yaşaya bilmək üçün sağlam bir sevgi həyatına ehtiyac var.


Buna da baxın

Hamiləlik dövründə belə yatsaz, ayaqlarda şiş olmaz…

Whatsapp ilə Paylaş Aparılan araşdırmalar hamiləliyin axır aylarında sağ tərəfdə yatmağın dölün ölü doğulma riskini …