Əsas səhifə / Əsas menu / Sağlamlıq / Ürəkbulanması hansı xəstəliklərin – Əlamətidir?
Bizi mobildən daha sürətli  izləyin

Ürəkbulanması hansı xəstəliklərin – Əlamətidir?

uÜrəkbulanması hansı xəstəliklərin – Əlamətidir?

Ürəkbulanması bir çox müxtəlif xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu xəstəliklər arasında:

– Qastrit və xora xəstəliyi zamanı ürəkbulanması xəstəni tez-tez narahat edir, qida qəbulundan sonra güclənir, qusma əmələ gələ bilər.

– Xolesistit (öd kisəsi iltihabı) zamanı ürəkbulanması qida qəbulu zamanı əmələ gəlir. Xəstə ağızda acı dad, qarının sağ tərəfində ağrı, qıcqırma hiss edir.

– Pankreatit (mədəaltı vəzi iltihabı) zamanı ürəkbulanması qida qəbulundan sonra əmələ gəlir. Digər simptomlar arasında: ağızda acı dad, köp, ishal, çəkinin azalması.

– Qara ciyər xəstəlikləri zamanı da ürəkbulanması ola bilər. Digər simptomları arasında: sağ qabırğaaltı nahiyyədə ağrılar, iştahasızlıq, qıcqırma, bəzən qusma, qarının köpməsi, yağlı qidaların qəbuluna dözümsüzlük, dərinin qaşınması,

– Appendisit zamanı ürəkbulanması qida qəbulu ilə bağlı olmur, ürəkbulanması qusmaya keçə bilər. Hərarətin artması müşahidə oluna bilər.

– Bağırsaq infeksiyaları, zəhərlənmə zamanı ürəkbulanması qida qəbulundan sonra artır, qusma inkişaf edir. Xəstə özünü halsız hiss edir, bəzən hərarət artır. Bir müddətdən sonra ishal başlaya bilər.

– Qurd xəstəlikləri (askarid, bizquyruq, tük baş qurd və s.) zamanı ürəkbulanması, qarında ağrılar tez-tez narahat edir.

– Vestibulyar apparatı ilə (bədənin müvazinətini nizama salır) bağlı olan problemlər də ürəkbulanmasına səbəb olur. Bu orqan daxili qulaqda yerləşir.

Ürəkbulanması başgicəllənməsi ilə birlikdə qəfildən əmələ gəlir (misal üçün, insan tez ayağa qalxdıqda). Bundan əlavə insanda qulaqlarda küy, müvazinətin pozulması kimi simptomlar inkişaf edir.

– Hipertoniya zamanı ürəkbulanması insanı gün ərzində vaxtaşırı olaraq narahat edir (xüsusilə səhərlər). Baş ağrısı, başgicəllənməsi tez-tez olur.

– Ürək çatışmazlığı, miokard infarktı ürəkbulanması ilə müşahidə oluna bilər. Ürəkbulanması daimi olur, bəzən qusma olur. Qarının yuxarı hissəsində döş sümüyü altında ağrı əmələ gəlir və getdikcə güclənir. İnsanda qıçqırma əmələ gələ bilər, dəri avazıyır.

– Hipotireoz (qalxanvari vəzi fəaliyyətinin azalması) zamanı insanı tez-tez yüngül ürəkbulanması narahat edir. İnsan az yeyir, lakin kökəlir, özünü daim yorğun hiss edir, daim üşüyür.

– Böyrək iltihabı zamanı da ürəkbulanması ola bilər. Digər simptomlar: bel nahiyəsində ağrılar, üşümə, hərarətin artması, sidik ifrazı prosesinin pozulması.

– Hamiləliyin əvvəlində ürəkbulanması və qusma qadınların əksər hissəsini narahat edir. Buna «toksikoz» deyilir. Adətən bu hallar hamiləliyin 12-13-cü həftələrinə kimi davam edir. Menstruasiyadan əvvəl də bir çox qadınları ürəkbulanması narahat edir. Bu hormonal fonun dəyişilməsi ilə bağlıdır.

– Ürəkbulanması və qusma baş beyini şişi, hematoması, baş beyində qan dövranın pozulmaları, beyin silkələnməsi zamanı ola bilər. Baş beyini şişi zamanı ürəkbulanması əksər hallarda səhər müşahidə olunur, başgicəllənməsi ilə müşayiət olunur.

– Miqren (güclü baş ağrısı) tutmaları ürəkbulanması və qusma ilə müşayiət olunur.

– Bəzi dərman preparatların qəbulu (antibakterial preparatlar, dəmir preparatları, bəzi iltihabəleyhinə preparatlar və s.) da ürəkbulanmasına səbəb olur. Kimyəvi terapiya keçən xəstələr də ürəkbulanması və qusmadan əziyyət çəkir.

– Boyun əzələlərinin həddən artıq gərginləşməsi (misal üçün, kompüterdə uzun müddət ərzində işlədikdə) ürəkbulanmasına və başgicəllənməsinə səbəb ola bilər.

– Boyun osteoxondrozu zamanı da insanı ürəkbulanması narahat edir.

Əgər ürəkbulanması sizdə tez-tez təkrar olunursa, mütləq həkimə müraciət edin. Bəzən ürəkbulanması çox təhlükəli xəstəliklərin əlaməti ola bilər.


Buna da baxın

Oruc tutanlar iftarı bu yeməklə başlayın – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Prof. Dr. Murad Baş mübarək Ramazan ayında mədə bağırsaq sisteminin sağlam fəaliyyəti …