Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşağa ana südü verməyin faydaları
Bizi mobildən daha sürətli  izləyin

Uşağa ana südü verməyin faydaları

gg

Ana südü uşaqların sağlamlığı və inkişafı üçün əvəzedilməz qidadır.

Bir çoxları ana südünü başqa qidalarla əvəz etməyin tərəfdarıdır. Qadınklubu.com ana südünün faydalarını və başqa qidalarla fərqliliyini araşdırmışdır.

Acıbadəm Ankara Xəstəxanası Qidalanma və Diyet Mütəxəssisi Merve Gülər, ana südü ilə qidalanmayan uşaqların daha çox xəstə olduğuna diqqət çəkərək, xüsusilə ilk altı ay ana südünün uşaqların müqavimətlərini artırdığını söyləyib

Ana südünün körpələr üçün həyata ən yaxşı başlanğıc olduğunu vurğulayan Merve Gülər, ana südünün əhəmiyyəti və doğru əmizdirmə texnikalarını izah edib.

Dünyada hər il 1 milyondan çox körpə ana südü ilə qidalanmadığına görə ishal, tənəffüs yolu və digər infeksiyalara qarşı immunitet sistemini möhkəmləndirə bilmədiyi üçün həyatını itirir.

“Xüsusilə ilk altı ay ana südünün uşaqların müqavimətlərini artırdığını vurğulayan mütəxəssislər, ana südü ilə bəslənməyən uşaqların tez -tez rast gəlinməyən xəstəliklərə tutulduğunu müşahidə edirlər. İshallı xəstəliklərlə mübarizə üzrə mütəxəssis-həkimlər, ana südündən ishalın qarşısını almaq üçün istifadə edirlər. Həkimlər son illərdə apardıqları araşdırmaların nəticəsində, ana südüylə qidalanmanın ishal müalicəsində dehidratasiyanın qarşısını almaqda və yaxşılaşmağı sürətləndirməkdə əhəmiyyətli olduğunu açıqlamışlar.

Dünya Sağlamlıq Təşkilatı və UNICEF, hər körpənin əlavə qida olmadan ilk altı ay ana südü ilə qidalanmasını, ilk altı aydan sonra əlavə qidalar dəstəyi ilə əmizdirmənin 2 il davam etməsi lazım olduğunu, uşaq sağlamlığı baxımından əhəmiyyətini xüsusilə vurğulamışlar “.

Ana südü ilə digər südlərin fərqi:

“Ana südü körpələrin asanlıqla həzm edəbiləcəyi qidalar və müxtəlif xəstəliklərdən qoruyan minerallarla zəngindir” .

“Ana südü ilə digər südləri fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərin başında zülal dərəcələri gəlməkdədir. Ana südündə lazımı miqdarda zülal dəyəri vardır. Amma heyvan südündə lazım olduğundan daha çox zülal var ki, bu da körpənin həzmini çətinləşdirir. Dəmir baxımından bədənə birbaşa təsir edə bilən ana südü ilə müqayisədə heyvan südündə dəmirin kafi olmadığı müşahidə edilmişdir. Heyvan südündə A və C vitamini çatışmazlığı olduğu halda, ana südündə körpənin fiziki fəaliyyətlərinə və immunitet sistemini gücləndirməyə çatacaq qədər vitamin dəyəri vardır. Bədənin əsas ehtiyacı olan su nisbətinin hamısının ana südündə olduğu halda, heyvan südündə əlavə olaraq su əlavə edilməlidir. “

Buna da baxın

Körpə nəcisə gedə bilmirsə – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Çağa və körpə uşaqların narahatlığına əsas səbəblərdən biri 2-6 ay arası qeyri-mütəmadi …