Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşağa südü sevdirməyin yolları
Bizi mobildən daha sürətli  izləyin

Uşağa südü sevdirməyin yolları

h

Uşağınız süd içməyi sevmirsə, onun südü necə içməyi sevdiyini öyrənməyə çalışın.

Bəzi uşaqlar südü soyuq, bəziləri isti içməyi sevər. Sizin uşağınızın bu barədə damaq dadını bilməyiniz önəmlidir.

Uşağınıza sadə südü heç bir şəkildə sevdirə bilmirsinizsə, onda südün içinə şəkər, şokolad, kakao əlavə edə bilərsiniz.Və ya yanında banan və ya çiyələk püresi kimi sevdiyi hər hansı bir meyvəni əlavə edə bilərsiniz.

Südü sevməyən uşaqlar üçün südlü şirniyyatlar həm yüngül bir ləzzət, həm də kifayət qədər bir qida qaynağı olacaq.

Bütün səylərinizə baxmayaraq əgər uşağınız süd içməkdən imtina edirsə, onda təkid etməyin. Südün əvəzinə qatıq, yoqurt və ya pendir kimi ağartı məhsullarını uşağınızın qidasında daha çox istifadə etməyə çalışın. Çünki bu məhsullar süddə olan lazımlı maddələri əvəz edə bilər.

Südün qida dəyərini daha da artırmaq və təqdimatını fərqli etmək üçün uşağınızın südünə müxtəlif Müslilər əlavə edə bilərsiniz. Bu təqdimat fərqli nahar variantları təqdim etmək üçün də idealdır.

Südlü içki hazırlamağı əyləncəli bir hala gətirmək üçün uşağınızla birlikdə milkshake hazırlaya bilərsiniz. Milkshake qapaqlı bir qab içərisində çalxalayaraq hazırlandığınız üçün, uşağınız bunu hazırlamaqdan xoşlanacaq və südü içməyə yox deməyəcək.

Soyuq qış günlərində ehtiyacı olan enerjini alması üçün uşağınıza isti şokolad hazırlaya bilərsiniz. Bu xüsusilə məktəbli uşaqlar üçün ən yaxşı enerji mənbəyidir.

Buna da baxın

Ləziz ponçiklər

Whatsapp ilə PaylaşTərkibi: 500 ml süd 2 yumurta 125 qr yağ- marqarin  və ya kərə …