Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşağı əmizdirməyin anaya da faydası var
Bizi mobildən daha sürətli  izləyin

Uşağı əmizdirməyin anaya da faydası var

h

Əmizdirmək yalnız körpənin deyil, ananın də sağlamlığını qoruyur!

Ana südü heç şübhəsiz hər körpə üçün ən əhəmiyyətli qida qaynağıdır. Körpənin zehni, ruhi və fiziki inkişafı üçün ən uyğun, ən təbii və ən təzə qida olmaqla bərabər, hazırlama, istilik və qorunma problemi də olmur.

Ayrıca körpənin ehtiyac duyduğu bütün maddələr ana südündə yer alır. Əmizdirmə ana ilə körpənin bağını gücləndirmək baxımından da son dərəcə əhəmiyyətlidir.

Ana südü yalnız körpə üçün deyil, eyni zamanda analar üçün də çox əhəmiyyətlidir. Çünki əmizdirmək ananı xərçəngdən, dəmir əskikliyi anemisi, osteoporozdan depressiyaya qədər bir çox xəstəlikdən qoruya bilir.

Acıbadem Fulya Xəstəxanasından qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dr. Selin Özaltın Orca, əmizdirmənin ana sağlamlığı üzərindəki 3 əhəmiyyətli faydasını izah etdi.

1. Dəmir əskikliyi anemiyasından qoruyur

Əmizdirmə oksitosin hormonunun salınmasını artırması yolu ilə uşaqlıq əzələlərinin sıxılmasını təmin edərək, doğum sonrasındakı qanamaları azaldır. Bu sayədə əmizdirən analarda dəmir əksikliyi anemiyası daha az görülür.

2. İlk üç ay hamiləlik riskini salır

Körpənin qidalanmasının ən az yüzdə 80-in ana südü təşkil edərsə, əmizdirmək ilk 3 ay ərzində hamiləlikdən qoruyur.

3. Xərçəngin inkişaf riskini azaldır

Həyat boyunca 5 aylıq bir əmizdirmə müddəti, ananın döş xərçənginə tutulma riskini yüzdə 2 nisbətində azaldır. Əmizdirmə müddəti uzandıqca, qoruyuculuq təsirini də artırır. Əmizdirən qadınlarda eyni zamanda uşaqlıq yolu və yumurtalıq xərçənglərinin də daha az görülür.

Buna da baxın

Hamiləlikdə düzgün qidalanmaq – Həkim məsləhəti

Whatsapp ilə Paylaş Hamiləlikdə qidalanma digər dövrlərdəki qidalanmaqdan daha çox əhəmiyyətlidir. Çünki, körpənin tək qida …