Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşağı nə vaxt sünnət etdirmək lazımdır?
Bizi mobildən daha sürətli  izləyin

Uşağı nə vaxt sünnət etdirmək lazımdır?

page_almanya39daki-sunnet-yasagi-etik-kurul39da_934279259

Uşağı nə vaxt sünnət etdirmək lazımdır?

Uşağı bir çox xəstəliklərdən qoruyan sünnətin doğru zamanda və savadlı həkimlər tərəfindən edilməsi vacibdir. Sünnətin ya ilk 20 gündə (2 yaş əvvəli) ya da 7 yaşından sonra edilməsi məsləhət görülür. Uşağın 2-6 ya da 4-5 yaş arası sünnət edilməsi bəzi psixoloji problemlərə səbəb ola bilər.

Minilliklərdir ki, edilir:

Dünyada bu gün müzakirəsiz ən çox edilən cərrahi əməliyyat olan sünnətin tarixi e.ə. 2000-ci illərə qədər uzanır. Tarix boyunca Misirlilərin, Yəhudilərin və Babillilərin sünnətli olduqları görülmüşdür. Köhnə Misir piramidalarında tapılan bəzi mumiyaların sünnətli olduqları da aşkarlanmışdır.

Tibbə görə:

Bu qədər məşhur bir dini inancın altında sağlam bir məqsədin olmasının lazım olduğunu düşünən insanlar, son əsrin başından etibarən etnik səbəbləri bir tərəfə buraxaraq, müxtəlif sağlamlıq problemlərinin həllində də sünnətin yeri ola biləcəyi düşüncəsilə çox sayda araşdırma və nəşr ediblər. Keçmiş illərdə çox sayda xəstəliyin (sonsuzluq, epilepsiya, astma, enüresis, HERNE, alkoqolizm, həddindən artıq mastürbasyon kimi) sünnətlə sağaldıla biləcəyi fikri irəli sürülmüşdür.

Sünnətin faydaları:

Sünnət dəri iltihabı xəstəlikləri, sünnət dərisi darlığına və parafimozisə (penis başının sünnə dərisi ilə boğulması) sünnətdən sonra rast gəlinməz. Sünnət dərisi altında sidik toplanması və nəticədə iltihaba çevrilib böyrəklərə zərər verməsi vəziyyəti də sünnədən sonra rast gəlinməyən haldır. Sünnətsiz olanlarda penis xərçəngi yarana bilər, sünnətdən sonra isə bu kimi hallara da rast gəlinmir. Sünnətsiz kişilərin yoldaşlarında rəhm ağızı xərçənginə daha çox rast gəlinir. Sünnətsiz kişilərdə cinsi yolla keçən xəstəliklərə daha sıx rast gəlinir.

Sünnət ya iki yaşından əvvəl, ya da 7 yaşından sonra etdirin:

2-6 yaş arası, xüsusilə də 4-5 yaş arası uşağın psixososial inkişaf dövrələridir. Bu yaşlarda uşaqda pipişini itirmə qorxusu vardır, anaya də bağlılıq son dərəcə qüvvətlidir. Bu yaşda edilən sünnət, psixoloji olaraq mənfi təsirlərə səbəb ola bilər. Bu səbəblə uşaqların bu yaşlarda sünnət edilməmələri təklif edilməkdədir. Çünki bu yaşlarda sünnət olunan uşaqlar, sosioloji baxımdan tədbirlərdən ayrı qaldığı üçün, sonrakı yaşlarda özlərinə qarşı güvənsizlik hiss edə bilərlər. 7 yaşından sonra bu psikoz-sosial dövr durğunlaşar və bu hal yetkinlik çağına qədər davam edər. Bu yaşlarda edilən sünnət, uşağın psikoz-sosial baxımdan inkişafını təmin edəcək. Cəmiyyətin bir üzvü olduğunu fərq edəcək, niyə sünnət olduğunu anlayacaq. Bu səbəblərlə sünnətin ya ilk 20 gündə (2 yaş əvvəli) və ya 7 yaşından sonra edilməsi ən uyğunudur.

Yenidoğan sünnətinin faydaları:

Klassik fikir isə sünnətin erkən yaşlarda edilməsidir. Yəhudilər sünnəti, kişi uşağın doğumundan etibarən 20 gün içərisində dini mərasimlə edirlər. Sünnənin 20 gün ərzində edilməsinin faydaları bunlardır:

Cinsi orqanda damarlanma çox olmadığı üçün sünnət əsnasında qanama çox olmaz.Uşaqlarda yara sağalması tez olduğu üçün sünnət yarası tez sağalar. Yeni doğan körpədə şəxsiyyət inkişaf etmədiyi üçün sünnət sonrası psixoloji mənfi təsirin də qarşısı alınmış olar.

Buna da baxın

“Uşaqlarınızın rolunu oğurlamayın”

Whatsapp ilə Paylaş Psixoloq Qani Eser valideyn-uşaq münasibətləri barədə bir sıra məsləhətlər verib. Uşağın ailədən …