Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşağıma dərman içirə bilmirəm – anaların problemi
Bizi mobildən daha sürətli  izləyin

Uşağıma dərman içirə bilmirəm – anaların problemi

ilaccc

Dərman qəbul etmək böyüklər üçün alışıq olduqları bir vəziyyət olduqlarından, normal qarşılana bilər. Lakin, uşaqlardan da eyni münasibəti gözləmək doğru deyil. Onların dərmanlara qarşı biraz məsafəli davranmaları, dərmanın dadından xoşları gəlməməsi və xəstəlikdən də əlavə olaraq yaranan kaprizləri, bəzən valideynlərin işini çətinləşdirir. Qadinklubu.com-dan uşaqlara necə dərman içirə biləcəyinizə dair bir neçə məsləhət:

Uşaqlara dərman içirməzdən əvvəl bunu onlara məcbur olduqları bir şey kimi göstərməməyə çalışın. Gülümsəyin və dərmanın onun sağlamlığı üçün çox önəmli olduğunu başa salmağa çalışın. Əks halda, dərmanlar uşağınızın yaddaşında zorla içirilən bir şey kimi qalacaq.

Hər uşağın dərman qəbul etmə şəkli fərqlidir. Bəziləri dərmanı birdəfəyə içib qurtarmaq istəyirsə, bəziləri hissə-hissə, bir neçə dəfəyə qəbul etmək istəyir. Siz də uşağınızın bunlardan hansını sevdiyini tapmalı və gələn dəfə həmin formanı tətbiq etməlisiniz.

Bəzi valideynlər isə dərmanı yemək və içkilərin tərkibinə qataraq verir. Bu üsul bəzi dərmanları  tərkibinə  təsir göstərməsə də, bir sıra dərmanlar var ki, onların kapsulu açılmamalıdır. Və yaxud da, elə hal ola bilər ki, dərman qarışdırıldığı yeməklə əks təsir verər. Buna görə də, bu halı həkiminizlə məsləhətləşməyinizdə fayda var.

Dərmanlar tabletka və sirop formasında olur. Siz uşağınızın bunlardan hansını daha rahat qəbul etdiyini tapmalısınız. Ona uyğun olaraq da, həmin tip dərmanlara üstünlük verin.

Əgər psixoloji olaraq uşaqlarınızı dərmanların qorxunc şeylər olduğuna inandırsanız, bu iş hər dəfə sizə çətinlik yaradacaq. Ona görə də, çalışın bu işi zorla, təhdidlərlə etməyin.

Buna da baxın

Bu xəstəlik qadınları sevir!

Whatsapp ilə Paylaş Hər yerim ağrıyır, yuxum qaydasında deyil, səhərlər yorqun oyanıram, heç cür dincələ …