Əsas səhifə / Əsas menu / Ailə / Uşağın ailədəki düzgün tərbiyə forması
Bizi mobildən daha sürətli  izləyin

Uşağın ailədəki düzgün tərbiyə forması

k

Biz hər birimiz cəmiyyətin bir üzvüyük və müxtəlif ailələrdə göz açmışıq. Əgər, bu cəmiyyətdəki uşaqlar bizim gələcəyimizdirsə, qurduğumuz ailənin də bunda böyük rolu var.

Bəs bu münasibətlərdə problemlər nədir?

İlk öncə təbii ki, özünü ailə həyatına hazır hiss etməyən şəxslərin nigahı və bu ailədən doğan uşaqlardır. Əgər istər kişi, istərsə də qadın özünü, evliliyi dərk etmirsə, təbii ki,övladının məsuliyyətini də dərk etməyəcəkdir.

Sevgi olmadan qurulan ailə sadəcə tanışlıq və ya xoşagəlmə ilə sürən evliliklər nə dərəcədə sağlam ola bilər?

Statistikaya nəzər salsaq, nə qədər ailənin məhz bu səbəblərdən dağıldığını görə bilərik. Bu məsələnin bir üzüdür. Başqa bir üzü isə cəmiyyətin qınağına görə boşana bilməyən və bu ailədə böyüməyə məcbur olan uşaqlardır. Ata və ana uşaq dünyaya gələnədək bir-birilərinə alışmağa başlayır.

Övlad doğulduqdan sonra isə, qadın düşünmür ki, əri ona qarşı daha qayğıkeş və mehriban olacaq?

Ancaq çox vaxt əksi olur. Övladını hələ tam olaraq dərk etməyən ata birdən özünü ata olaraq qəbul etməyə çalışır. Bir müddət sonra isə yorulur və bezir. Çox zaman uşağın ağlamağı, gecələr yuxusuzluq, ananın öhdəsinə düşür və ata buna maraqsız yanaşır. Səssizlik axataran ata, hər gün səliqəsiz həyat yoldaşını görərək ondan soyuyur. Bunu hiss edən qadın zaman keçdikcə özünü dəyərsiz bilir və çox zaman hirsini uşaqdan çıxır. Şiddət görən uşaq zaman keçdikcə içinə qapanır və onda ana və ataya qarşı sevgi azalır. Mütəmadi olaraq evdə davalara şahid olan uşaq anasının döyüldüyünü gördükcə qorxu hissi keçirir və bu onda çox ağır travmalar yaradır. Artıq uşaq 3 yaşına gəldikdə 3 yaş böhranı keçirir və istəyir ki, özünü mən olaraq qəbul etdirsin. Ancaq ana təbii ki, bu dövrü anlamır və uşağa qəti şəkildə qadağalar qoyur –özün yeyə bilməzsən, özün su içmə tökərsən və s.

Bunları yaşayan uşaq təbii ki, sabah özgüvən azlığı yaşayacaq və çox güman ki, bu hal onda sonadək təkrarlanarsa gələcəkdə sadəcə fərd olaraq qalacaq.

Əgər uşağınızın 1 şəxsiyyət kimi formalaşmasını istəyirsinizsə gərək ona sevginizi verəsiniz. Uşağımızı sevgi ilə böyüdək, onun oynamasına, bəzən ətrafı dağıtmasına icaə verək. Axı, o hələ uşaqdır oyun oynamasa gələcəkdə özünü qorxacaq, cəsarətsiz hiss edəcək.

UNUTMAYAQ! Bizə, bizim hər dediyimizi edən uşaqdansa sərbəst olaraq öz fikrini deməyi bacaran uşaqlar lazımdır! Mümkün qədər gəlin övladlarımızdan heç kimin acığını çıxmayaq. Heç zaman çəkinməyək ki, başqalarının yanında övladlarımızı əzizləyək. Onlara şəxsiyyət kimi davranamğa çalışaq.

Psixoloq: Nigar Bəkirova

Buna da baxın

Aparıcı Samirənin bal ayı – Video

Whatsapp ilə PaylaşAparıcı Samirənin bal ayı – Video Cütlük istirahət zamanı görüntülənən videounu “YouTube” kanalında …