Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşağınız xarici cisim udarsa – Təcili yardım
Bizi mobildən daha sürətli  izləyin

Uşağınız xarici cisim udarsa – Təcili yardım

h

Uşaqların muncuq, kiçik oyuncaq parçaları, ləbləbi, noxud kimi qidalar və pul udma hadisəsinə analar tez-tez rast gəlir.

Ümumiyyətlə 3 yaşadək olan uşaqlarda bu risk daha çoxdur. Ən qorxulusu isə xarici cisimlərin nəfəs borusuna gedən zaman tənəffüsün dayanması və sonda ölümlə nəticələnməsidir.

Belə bir hadisə baş verən zaman təlaşlanmaq və həyacanlanmaq lazım deyil. Bu zaman köməyinizə çatacaq bir neçə yardım üsulu var.

Qadınklubu.com sizə lazım olan ilk yardım mərhələlərini təqdim edir:

Birinci növbədə xüsusilə az yaşlı uşaqların ətrafından bu kimi cisimləri uzaq tutun.

Ayrıca yemək yeyərkən uşaq hərəkətdə olmamalıdır. Çalışın onları rahat bir yerdə əyləşdirin.

Adətən xarici bir cisim yemək borusuna ya da nəfəs borusuna keçir. Yemək borusuna keçən cisim 24 saat ərzində bağırsaq yolu ilə ifraz olunur.

Nəfəs borusuna hər hansı bir cismin keçməsi olduqca təhlükəlidir.

Uşaqda nəfəs almada çətinlik, ağız sulanması, göyərmə varsa uşğın ağızındakı xarici cisim dərhal alınmalıdır.

1 yaşa qədər olan uşaqlarda ediləcək təcili yardım:

Uşağı üzü və bədəni aşağıya doğru şəkildə dizinizin üzərinə qoyduqdan sonra hansı əlinizi istifadə edirsinizsə o əlinizi onurğa sütunu arasından aşağıdan yuxarı doğru çəkin.

Digər əlinizin işarə barmağını isə uşağın ağzına qoyun və başını yan üstə çevirin. Bu zaman uşağı öskürək tutacaq və öskürəklə cisim ağızdan atılacaq.

1 yaşdan yuxarı olan uşaqlar üçün təcili yardım:

Belə bir vəziyyət yaranan zaman Heimlich hərəkətindən istifadə edin.

Hər iki əliniz üst-üstə birləşdirərək mədə nahiyəsindən diafraqmaya doğru ani təzyiq tətbiq edərək xarici cismi çıxara bilərsiniz.

Onuda qeyd edək ki, uşaqda udğunma çətinliyi, həddindən artıq tüpürcək, qusma, öskürək, göyərmə və təngi nəfəslik əlamətlərinin olması xarici cisim ehtimalını ağıla gətirməlidir.

Buna da baxın

Üzüm yarpaqlarından hazırlanan çay

Whatsapp ilə Paylaş Yay orqanizmi təmizləmək, möhkəmləndirmək və daha sağlam etmək üçün ən yaxşı vaxtdır. …