Əsas səhifə / Manşet / Uşaq pudrası bir çox problemlərin çarəsi imiş
Bizi mobildən daha sürətli  izləyin

Uşaq pudrası bir çox problemlərin çarəsi imiş

photo_2_e159547c884ac878f5fd01d65fc7228f
Uşağınızın həssas dərilərinin qıcıqlanmasını önləmək üçün istifadə etdiyiniz uşaq pudrasının istifadə qaydalarını bilirsiniz? Makiyajınızdan ayaqqabı baxımına qədər çox yerdə istifadə edilən uşaq pudrası çox işinizə yarayacaq. Qadinklubu.com uşaq pudrasının müxtəlif istifadə qaydasını təqdim edir.

1.Makiyajınızı qalıcı edə bilərsiniz

Makiyajı tamamladıqdan sonra kiçik bir fırçanın köməyilə üzünüzə uşaq pudrası çəkin. Bu həm makiyajın daha qalıcı olmasına kömək edəcək, həm də üzünüzün yağdan parıldamasının qarşısını alacaq. Ancaq pudradan az istifadə etməyə çalışın.

2.Kirpikləri daha həcmli göstərə bilərsiniz

Tuşunuzu çəkmədən öncə kirpiklərinizə bir az uşaq pudrası çəkin. Bu kirpiklərin daha həcmli görünməsini təmin edəcək.

3.Saçınızı yağdan xilas edin

Saçlarınızın yağlı görünməsi sizi narahat edirsə, uşaq pudrasından istifadə etməlisiniz. Yağların əmilməsi üçün saç dibinə bir miqdar uşaq pudrası sərpə bilərsiniz.

4.Dərini gözəlləşdirmək üçün

Tükləri təmizlədikdən sonra dərinizə uşaq pudrası çəkə bilərsiniz. Beləliklə, həm dərinin qızarmasının, həm də tüklərin dəriyə batmasının qarşısını almaq mümkündür.

5.İdmandan öncə istifadə edin

İdmandan öncə uşaq pudrasını dizlərinizə və yaralanma ehtimalı olan digər bölgələrə çəkin. Beləliklə, yıxılıb yaralansanız belə öncədən çəkdiyiniz pudra sayəsində bədəninizi mikroblardan qorumuş olacaqsınız.

6.Ayaqqabıya səpin

Ayağınızı sıxan ayaqqabının içinə bir miqdar uşaq pudrası tökün. Bu həm ayaqlarda döyənək yaranmasının qarşısını alacaq, həm də ayaq qoxusundan xilas edəcək.

7. Təbii antipersparant

Uşaq pudrasından antiperspirant kimi də istifadə edə bilərsiniz. Qoltuq altındakı nəm və qoxudan xilas olmaq üçün uşaq pudrası çəkin.

8.Kif qoxusunun həlli

Mebellərinizdəki kif qoxusunu aradan qaldırmaq üçün siyirtmələrə körpə pudrasını səpin, dəqiqələr içində qoxu gedəcək və daha təmiz görünəcək.

9.Qaş və kirpiklər üçün həll

Qaş və kirpiklərinizin daha dolğun görünməsi üçün də körpə pudrası istifadə edə bilərsiniz. Necəmi? Qaş qələmi və ya tuş istifadə etmədən əvvəl onlara bir az pudra səpin; nəticə möcüzə olacaq. Təbii bu əməliyyatı asanca etmək üçün böyük duzqabı kimi şüşələrdə satılan pudralardan istifadə etməlisiniz.

10.Qarışqalara qarşı əla üsul

Mətbəxinizə qarışqa gəlməsini istəməzsiniz, elə deyilmi? O halda zibil ətrafına və qarışqa yuvalarının çıxışına bir az körpə pudrası səpin; nəticə tam istədiyiniz kimi olacaq: qarışqasız mətbəx!

11.İsti gecələrin çarəsi

İsti yaz günlərində üzərinizə incə bir örtük örtmək belə çətindir, nəmdən bədəninizə yapışır. Bunu qarşısını almaq üçün üzərinizə və ya yatağa pudra səpin; sərin sərin yatın.

Buna da baxın

Şalvar geyinməmək üçün 10 səbəb

Whatsapp ilə Paylaş Günümüzdə xanımların və kişilərin əvəzedilməz olan şalvarda hər nə qədər rahat da …