Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşaqlar niyə barmaq əmir?
Bizi mobildən daha sürətli  izləyin

Uşaqlar niyə barmaq əmir?

uuUşaqlar niyə barmaq əmir?

Uşaqlarda barmaq əmmək vərdişi normaldırmı? Barmaq əmən uşağa bunu necə tərgitmək olar?

Əksər anaların üzləşdiyi bu problemlə bağlı bəzi məlumatlar təqdim edirik:

Barmaq əmmək körpənin hələ ana bətnindəykən öyrəndiyi ilk davranış reflekslərindən biridir. Bu refleksin 3 yaşına kimi davam etməsi normal qəbul edilir.

Ana döşünü əmərək qidalanan uşaq üçün ətrafını tanıma prosesi yenə ağız yolu ilə refleks olaraq baş tutur. Buna görə uşaq bu dövrdə hər şeyi, ayaq və əl barmaqlarını belə, ağzına salıb əmir. Hətta oyuncağı, yorğanını əmən körpələr var. Diş çıxarma zamanı da diş əti qıcıqlamasından dolayı körpə barmağını əmə bilər.

Yəni əmmə sadəcə qidalanma ilə əlaqəli deyil, həm də psixoloji hesab olunur.

Barmaq əmmək vərdişi nə vaxt bitir?

1 yaşında rastlanan davranış 3 yaşında tamamilə kəsilir. Əgər 3 yaşından sonra hələ də davam edirsə, bu, körpənin üzüntü, sıxıntı, narahatlığının olmasına işarədir.

Barmaq əmməyi tərgitmək üçün nələr etməlisiz?

Uşağın bu vərdişini tərgitməsi üçün üstünə çığırmaq, döymək, əlini ağzından zorla çıxartmaq, vurmaq, ya da əlinə acı bir şeylər sürtməklə cəzalandırmaq yanlışdır! Bu davranışlar uşağın psixologiyasının pozulmasına yol açır, onda “sevilmirəm”, “dəyər verilmirəm” kimi düşüncələrə səbəb olur.

Ana südündən tez kəsilən körpələr lazımlı doyma müddətini tamamlaya bilmədikləri üçün barmaq əmməyə başlayar. Körpəni süddən tez ayırmaq olmaz.

Körpəyə qida verərkən güvəndə hiss edə biləcəyi hüzurlu bir yer olmalıdır.

Xoşbəxt məşğuliyyəti olsa, barmaq əmməyi unudar.

Uşağa qorxub narahatlıq yaşayacağı hallar yaşatmamalısız. Sevgi və güvən içində olduğunu hiss etdirməlisiz.

Bu davranışı etmədiyi vaxtlarda onu mükafatlandırmaq lazımdır.

Hələ də tərgitmirsə, psixoloq yanına aparın.


Buna da baxın

Uşaqlarda özünə güvənmək hissini necə yaratmaq olar?

Whatsapp ilə PaylaşUşaqlarda özünə güvənmək hissini necə yaratmaq olar? Psixoloqların fikrincə güvən duyğusu əksəriyyət uşaqlara …