Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşaqlar üçün dadlı şokolad toplar
Bizi mobildən daha sürətli  izləyin

Uşaqlar üçün dadlı şokolad toplar

g

Uşaqlarınızın sağlamlığı təbii ki, hər şeydən önəmlidir.

Onlar üçün hər şeyin gözəli və ən önəmlisi sağlam olanını etməyə çalışırıq. Onları sevindirmək üçün mağazadan aldığımız dən hazırlanmış şokoladlar uşaqlarımızın sağlamlığını təhlükə altına alır. Elə isə bir vaxtımızdan ayırıb onlar üçün şokaladı özümüz hazırlayaq. Həm onlarla bir yerdə. Sevərək yedikləri şokaladın hazırlanmasında iştirak etməkləri əmin olun ki onlar üçün çox maraqlı olacaq.

Qadınklubu.com sizlərə uşaqlarınız üçün hazırlayacağınız ləzzətli şokalat toplarının hazırlanması qaydasını təqdim edir:

Tərkibi:

1 fincan çiy anakardiya qozu (3-4 saat suda isladın)
1 fincan çiy badam
80 qram sürtgəcdan keçirilmiş Hindistan cevizi
1 fincan yulaf
3 yemək qaşığı kakao
1 yemək qaşığı keçibuynuzu unu
4 ədəd xurma
4 ədəd ərik qurusu (3-4 saat isladın)
1 çay qaşığı darçın
1 limon ya da portaqal qabığı (sürtkəcdən keçirilmiş)
2 yemək qaşığı su

Hazırlanması:

Bütün ərzaqları mətbəx robotunda qarışdırın. Xəmirə bənzər bir qarışım əldə edəcəksiniz.

Şokolad xəmirinizdən kiçik parçalar alaraq əlinizdə top kimi yuvarlaq formalar düzəldin.

Düz bir boşqaba kakao qoyun və hazırladığınız topları kakaoda fırladın.

Yarım saat soyuducuda saxladıqdan sonra Şokolad toplarınız artıq hazırdır.