Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşaqlarda aqressiya və yaranma səbəbləri
Bizi mobildən daha sürətli  izləyin

Uşaqlarda aqressiya və yaranma səbəbləri

j

Aqressiya-(lat ”aqressio”-hücum,tutma) məqsədli fəaliyyət olub, başqa insana, heyvana və ya insan qrupuna ziyan verməyə yönəlir.

Aqressiyanın növləri:

-verbal
-fiziki
-özünə istiqamətlənmiş
-desstruktiv
-konstruktiv

Uşaqlarda aqressiyanın yaranma səbəbləri (faktorlar):

1.Ailə

• Bir və ya iki valideynlə pis münasibət
• Uşaqlar hiss edirlər ki, ailədə onlara heç bir işə yaramayan insan kimi baxırlar.
• Hisslərinə qarşı laqeyidlik gördükdə
• Uşaq özünə lazımi dəstəyi və marağı gömədikdə
• Uşaq üçün zidd tələblər qoyulduqda

2.Tərbiyə faktorları və böyüklərin ünsiyyət üslubu

• Uşağa zidd tələblərin qoyulması
• Valideynlərin özlərini mənfi emosional vəziyyətləri və onlar tərəfindən özünə nəzarətin, özünü idarənin aşağı olması.
• Böyüklərin öz mənfi enerjisini boşaltmaq üçün uşaqlara cəza vermək (hirs, qıcıqlanma, küskünlük)
• Əmr vermək, günahlandırmaq və təhdid etmək
• Ünsiyyətdə daim “Sən”dilindən istifadə etmək (sən bacarmazsan ,sən yenə…)
• Uşaqlarla münasibətdə neqativ üslub
• Uşağın hiss və arzularını heçə saymaq, fikir verməmək. Bu cür davranış uşaqda mübarizə və qisas hissini yaradır.
• Sözlü təhqir.

Aqressiv davranışların aradan qaldırılma yolları 

Valideynlərin vəzifəsi:

• Özününü mənfi emosional vəziyyətini idarə etmək.Belə ki,valideynin nümunəvi davranışı uşağın da adekvat davranmasına səbəb olur.
• Uşaqların aqressiv davranışlarına qarşı kostruktiv və pozitiv reaksiyanın verilməsi
• Uşaqla onun hissləri və yaşadıqları barədə danışmaq .”Mən” dili
• “aktiv dinləmək”onun daxili aləmini dərk etmək.
• Uşağın şəxsiyyətini tənqid etmədən onun səhvlərini başa salmaq ,doğru yola birgə çıxış tapmaq,dəstək olmaq .Yalnız bu zaman siz aqressiv övladınıza düzgün yanaşar, onun aqressivliyini azaldıb, sağlam və xoş həyat tərzi yaşada bilərsiniz.

”Modern RN Nitq İnkişafı Mərkəzi”nin psixoloq-təlimçisi

Muradova Mehriban

Buna da baxın

Saçların tez uzanması üçün

Whatsapp ilə Paylaş Saç uzatmaq üçün hansısa bir xüsusi yağı misal gətirmək təbii ki, mümkün …