Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşaqlarda davranış pozuntuları
Bizi mobildən daha sürətli  izləyin

Uşaqlarda davranış pozuntuları

s_edited

Əvvəlcə gəlin onu müəyyənləşdirək ki, davranış pozuntusu nədir?

Çünki əksər hallarda xarakterik xüsusiyyətlər və keçici vərdişlərlə səhv salınır.

DAVRANIŞ POZUNTUSU – Xarici hal olub, cəmiyyətdə ailəni pis vəziyyətə salan və ətrafdakıların kiçik hüquqlarını məhdudlaşdıran davranışlara deyilir.

Məsələn: Əgər uşaq “Bütün oyuncaqlar mənimdir!” deyib, onu yoldaşları, bacı-qardaşları ilə paylaşmırsa bu davranış pozuntusudur. Buna yenə söyüşlə danışma, inadçılıq bariz nümunədir.

SƏBƏBLƏRİ – Davranış pozuntularına səbəb kimi yanlış tərbiyə üsulu və uşağın ərköyünlüyünün yaratdığı kənaraçıxmaları göstərmək olar.

Ailənin maddi durumu da buradakı əsas faktorlaradn biridir. Amma şəxsən mən öz təcrübəm və araşdırmalarımda görürəm ki, davranış pozuntularına əsas tələb depressiv və mutsuz analardır. Şəxsi həyatında xoşbəxtliyi əldə edə bilməyən qadınlar istək dışı olaraq bunun intiqamını uşaqlardan alırlar.

BƏRPASI – Uşaqlarınız kiçik ərköyünlüklər etdiyi zaman onlara əsla reaksiya verməyib, sanki bu davranışları görmüşsünüz kimi davranın. Çünki reaksiya versəniz həm münasibətiniz zədələnər, həm də o istəyini əldə edənə qədər bu davranış davam edəcək. Bu kimi hallarda öyüd-nəsihət üsulu əsla köməyinizə gəlməz. Çünki onsuzda əsəbiləşmiş bu uşaq daha da aqressivləşə bilər. Bu müddət ərzində ona maksimal dərəcədə anlayışlı davranın. (Bunun çox çətin olduğunu bilirəm amma bu ən doğru davranışdır. Çünki sizin, bizim bugün böyütdüyümüz uşaq sabahki cəmiyyətin idarəedicisidir.)

HƏR UŞAĞIN GƏLƏCƏYİ OLMALIDIR!

Burada isə ən böyük iş sizin üzərinizə düşür, əziz analar!