Əsas səhifə / Əsas menu / Ana və uşaq / Uşaqlarda mədə-bağırsaqda spazm-qazın yaranması və həlli
Bizi mobildən daha sürətli  izləyin

Uşaqlarda mədə-bağırsaqda spazm-qazın yaranması və həlli

Uaqlarda md-barsaqda spazm-qazn yaranmas v hlli

Spazm, qaz nədir?

Bağırsaq sazmı-bu həzm sisteminin ümumi pozğunluğudur. Adətən uşaqların 3 ayına qədər xarakterikdir. Bu sinir sistemi və mədə bağırsaq sisteminin hələ tam inkişaf etməməsi ilə əlaqədardır. Belə hal olduğunda uşaq əmizdirmə zamanı özünü narahat hiss edir, döşü tutmur, ağlayır, ayaqlarını yığır. Bu zaman uşağın qarnında qaz olduğu hiss olunur.

Spazmı nə artırır?

Uşağı düzgün əmizdirməmək, (uşaq südlə bərabər hava udur və bu da spazma, qaza səbəb olur) süd verən ananın düzgün qidalanmaması və qalmış süd mədə bağırsaqda spazmın yaranmasının başlıca səbələrindəndir. Qalmış süddə çoxlu miqdarda süd şəkəri olur ki, bu da uşağın bağırsağında qazın yaranmasına səbəb olur ki, bu da bağırsaqda fermentasiya və qazın yaranmasına zəmin yaradır.

Digər səbəb: Süd proteinində allergiya olduğunda uşaqlarda spazmlar müşahidə edilir. Təbii ki, söhbət iribuynuzlu heyvanların (inək) formalaşdıra biləcəyi allergiyadan gedir. Əgər ana bu kimi süd məhsulları qəbul edir və ya süd tərkibli qidalarla uşağı qidalandırırsa, bu uşağın mədə-bağırsağında spazmlara səbəb ola bilər. Belə olan halda uşaqda həzm prosesinin pozulması, qeyr-sabit qarın işləməsi və köp yaranır. Eyni zamanda uşaq çəki itirir.

Nə etməli?

Uşağı düzgün əmizdirmək bu problemin ilkin həlli üsullarındandır. Bunun üçün bir mütəxəssisdən fikir alın. Əvvəlcə də qeyd etdiyimiz kimi, uşağı düzgün əmizdirmədikdə südlə bərabər hava udur və həzm sisteminə mənfi təsir göstərir. Uşağı fərqli pozalarda əmizdirin. Hər dəfə eyni döşdən əmizdirməyin. Hər iki tərəfdən əmizdirmək həm ana, həm də uşaq üçün faydalıdır.
Uşağı qarnı üstə qoyun( yemək yeməmişdən yarım saat əvvəl və yedikdən 1 saat sonra). Bu hərəkət spazmda effektiv üsuldur.
Ana öz menusuna diqqət etməlidir. Qaz yaradan məhsullarla (acı və ədviyyatlı yeməklər, qazlı içkilər…) qidalanmamalıdır.

Uşağı əmizdirərkən hər iki döşdə yığılmış südün hamısını yeməsinə diqqət edin. Çünki, bu südün tərkibində laktaza fermenti uşaq üçün olduqca əhəmiyyətlidir. Laktaza dözümsüzlüyünün meydana gəlmə səbəbi “ön” və “arxa” südün disbalansıdır. Beləliklə, körpə çox vaxt daha duru, tərkibində yüksək miqdarda laktozda olan “ön” südü yeyir. Həmçinin süd əmizdirmələr arasında döşdə əsasən “ön” süd yığılır, daha qatı, daha yağlı “arxa” süd isə körpə südü əmdikdə ifraz olunur. Ana ilk 5-10 dəqiqədə döşü dəyişdirirsə uşaq arxa südü əmə bilmir və nəticədə laktaza dözümsüzlüyü yaranır. Belə olan halda həkimə müraciət etmək lazımdır.

Uşaqlarda qazın əmələ gəlməsi, mədə bağırsaq sistemində spazmın müşahidə edilməsi uşaqların südlə bərabər hava udmasından qaynaqlanır. Bunun üçün analar düzgün butulkaları seçim etməlidirlər. Satışdakı hər butulka uşağınız üçün faydalı deyil. Bu cəhətdən Dr.Brown’s butulkaları sınaqdan keçmiş və tövsiyə edilən butulkalardır. Xüsusi olaraq hazırlanmış Dr.Brown’s butulkaları əmizdirmə problemlərini azaltmağa kömək edir. Belə ki, birlikdə işləyən patentləşdirilmiş ventilyasiya sistemi və silikon əmziklər körpədə qazın, mədə-bağırsaqda spazmın yaranmasının qarşısını alır.

Körpələrin qidalanması zamanı axın sürətinə nəzarəti təmin edir.

Hava udulmasından irəli gələn sancı, qaytarma, köp kimi problemləri aradan qaldırır və orta qulaq boşluğuna maye düşməsi ehtimalını əhəmiyyətli dərəcədə azaldaraq körpənin vakuumsuz qidalanmasına, həzminə kömək edir. Dr.Brown’s butulkaları seçim edərək, həm uşaqlarınızın sağlamlığı, həm də öz rahatlığınızı üçün ən düzgün seçim etmiş olacaqsınız.