Əsas səhifə / Manşet / Uşaqlarımıza faydalı toyuq sosiskaları
Bizi mobildən daha sürətli  izləyin

Uşaqlarımıza faydalı toyuq sosiskaları

l

Sosiskanı sevməyən uşaq yoxdur. Amma indiki ət məhsullarının da keyfiyyətindən heç əmin deyilik! Belə olan halda, övladının sağlamlığını düşünmək yenə ananın üzərinə düşür.

Ərzaqlar:

Toyuq filesi – 500 qr.
Süd – 100 ml.
Yumurta – 1 ədəd
Baş soğan – yarısı
Duz, istiot, sarımsaq – zövqə görə

Hazırlanması:

File və soğan xırda kub formasında doğranılır. Birlikdə blenderdən keçirilir. Bir az xırdalandıqdan sonra (tam həll kütlə olmasın) bura südü, çiy yumurtanı əlavə edib, bərabər kütlə alınana kimi qarışdırın. Hamar, şəffaf kütlə alınmalıdır. Bura duz, istiot, döyülmüş sarımsaq qatın.

Soba üçün xüsusi sellofan paketlər satılır. Ondan 20*20 ölçüdə hissələr kəsilir, hər hissənin mərkəzinə 2 x.q. farş qoyulub, trubka formasında bükülür. Bir ucunu iplə bağladıqdan sonra, farşı boru içərisində hamarlayıb, bərabər yayıb, o biri ucunu da sapla və ya iplə bağlayırsız. Sosislər özünü tutsun deyə, 1 saat soyuducuda saxlanılır. Qaynar suda 15 dəqiqə bişirilir. Həm faydalı, həm də təmiz sosislər hazırdır!

Nuş olsun! //sufrem.az

Buna da baxın

Ev üsulu sosiska – FOTO

Whatsapp ilə Paylaş Uşaqlarla bərabər böyüklərdə sosiskalardan vaz keçə bilmir. Ancaq marketlərdən aldığımız bu tip …