Əsas səhifə / Əsas menu / Ailə / Uşaqlarınızda özünə güvən formalaşdırmağın yolları
Bizi mobildən daha sürətli  izləyin

Uşaqlarınızda özünə güvən formalaşdırmağın yolları

j

Bir uşağın özünə hörmət, güvən hissi çox erkən formalaşmağa başlayar və günbəgün təkmilləşər.

Özünə güvən hissi çatışmazlıqlarımızı görərək kim olduğumuzu bilməyimizi və bu çatışmazlıqlara baxmayaraq özümüzü sevməyimizi təmin edər. Bir uşağın özgüvəni bir işin yaxşı görülməsi, bir hədəfə çatması, hansısa bir cəhdində sevdiyi insanlardan eşitdiyi ruhlandırıcı sözlərdən yaranar. Yəni özgüvən üçün böyük nailiyyətlər lazım deyil. Bir uşağın özünəgüvəni gündəlik həyatında qazandığı kiçik nailiyyətlərdən asılıdır. Bu işdə ən böyük öhtəlik valideynlərin üzərinə düşür. Uşağınızı özünə güvənən, gələcək həyatında da uğurlu bir gələcəyinin olmasını təmin etmək üçün kiçik yaşlardan onlarda özgüvən hissinin təməlini möhkəm qoymalısınız. Çünki uşaqlıqda zədələnmiş və ya formalaşmamış olan özgüvən duyğusunu uşağınız yetkin insan olduqdan sonra heç cür bərpa edə bilməyəcək. Sheila Ellison və Barbara Ann Barnetin “Özünə güvənən uşaq böyütməyin 365 yolu” adlı kitabında bu haqda geniş məlumat verilmişdir.

Bu işdə sizə qismən də olsa kömək edə bilmək üçün Qadınklubu.com olaraq uşaqlarda özgüvən hissinin formalaşdırılması və inkişafı haqqında bir neçə üsul təqdim edirik:

Özünü yaxşı hiss et dəftəri

Ailə üzvlərinin gündəlik qeydlər edə biləcəyi bir qeyd dəftərçəsi alın. Hər şam yeməyindən sonra və ya yatmamışdan əvvəl hər kəs qeyd dəftərinə gün ərzində onu xoşbəxt edən 6 anı qeyd etsin. Burada məqsəd yaşadığımız müsbət təcrübələrə diqqət çəkilməsidir. Çox vaxt pis və ya həyacanverici hər hansısa yaşadığımız hadisə, rastlaşdığımız kiçik quş balası, ya da hansısa bir zarafatda nə qədər ürəkdən güldüyümüz yadımızda qalmaz. Ona görə bu kimi hadisələri həmin dəftərinizdə qeyd edin. İstər yazdıqlarınızı yaxınlarınızla da paylaşın, istərsə də özünüzdə qalsın. Əgər uşağınız yazı yazmağı bacarmayacaq dərəcədə kiçikdirsə duyğularını şəkil çəkərək də ifdə edə bilər, və ya onun dediklərini onun əvəzinə siz qeyd edə bilərsiniz. Əgər hansısa fikir ağlına gəlmirsə düşünməkdə siz ona kömək edə bilərsiniz. Dialoq quraraq gün ərzində yaşadığı hadisələri, bağçada oynadığı oyunları, bağçadan evə birlikdə gəldiyi dostları haqqında, ya da sevərək yediyi yeməkləri ondan soruşaraq fikirlərini ifadə edə bilməyində ona kömək edə bilərsiniz. Bu yollarla ailənizi həyatdakı müsbət nə varsa araşdırıb, görən bir ailə şəklinə gətirin.

Özümü sevirəm pannosu

Bəzən etməli olduğumuz işlərə , öyrənməyə və ya təkmilləşdirməyə çalışdığımız mövzulara elə aludə olarıq ki, sahib olduğumuz müsbət xüsusiyyətlərimiz diqqətmizdən yayınar. Məşğul olmağı sevdiyiniz işləri, dostlarınızı və sizi fərqlədirən xüsusiyyətlərinizi düşünün. Hamı bir divar kağızı, qayçı, yapışqan köhnə bir jurnal və şəkillərini gətirsin. Burada məqsəd sizi anladan bir divar lövhəsi hazırlamaqdır. Divar lövhənizə istədiyiniz hər şeyi əlavə edə bilərsiniz. Orda istədiyiniz yazıları yaza bilər, dostlarınız, ailəniz, hobbiləriniz və maraqlandığınız hansısa bir sahə ilə əlaqəli şəkillər, hətta gurur duyduğunuz bir ev tapşırığınızı da yapışdıra bilərsiniz. Hər kəs hazırladığı öz divar lövhəsini evin divarından asa bilər. Bu layihə yalnız uşaqlar üçün nəzərdə tutlmamışdır. Valideynlərin də öz fərqli xüsusiyyətlərini təqdir etməyə haqları vardır.

Birlikdə rəqs

Günə yaxşı başlamağın ən yaxşı yollarından biri ailə üzvlərinin əl-ələ tutub yallı tutaraq rəqs etməsidir. Gəzməyə, qaçmağa, hoppanmağa ya da barmaqlarınızın ucunda gəzməyə başlayararaq yüksək səslə bu sözləri təkrarlayın: Sevgi doluyuq, yaxşıyıq, ağıllıyıq, əyləncəliyik, yardım sevərik, biz bir qrupuq. Yaşca böyük olan bu sözləri deməyə başlasın və sonra digərləri hamısı birlikdə bir neçə dəfə təkrar etsin. İstəyən istədiyi vaxt başqa bir söz də deyə bilər.Əsas olan bu sözlərin ən az üç dəfə birlikdə təkrarlanmasıdır. Böyük uşaqlar (8yaşdan böyük) bunun ağılsız bir davranış olduğunu düşünsə də yaşca kiçik olanlar üçün bu çox əyləncəli olacaq. Xüsusən də ailə üzvlərinin onlarla yallı tutaraq oynuyub gülümsədiklərini görmək onları çox xoşbəxt edəcək.

Açıq təriflər (kompliment)

Adətən kiməsə hər hansısa bir mövzuda yaxşı olduğunu söyləmək istədiyimizdə bunu xüsusi söz birləşmələri ilə ifadə edərik: yaxşı iş bacardın, çox yaxşı anasan, təmizlik üçün təşəkkürlər, yaxşı bir şagirdsən və. s. Bəzi axşamlar şam yeməyindən sonra “detallara keçmək” oyunu oynayın. Hər kəs bir-birinə komplimentlər desin. Adi sözlərdən, hadisələrdən başlayaraq ən xırda detallara qədər etiraf edərək bir-birinizə komplimentlər deyin. Məsələn, mükəmməlsən ata, əla yeməklər hazırlayırsan, Tərifi olduğu kimi hazırlayırsan, hazırladığın yeməklərin ən yaxşısıdır. Və ya uşağınıza deyə biləcəyiniz bir neçə nümunə: Afərin sənə bugün demədən yatağını özün səliqəyə saldın, yataq örtüyünü düzgün sərmisən, oyuncaqlarını da səliqə ilə yatağın üstünə qoymusan. Xüsusən uşaqların gördüyü işləri sizin bəyəndiyinizi eşitməyə ehtiyacları var. Əgər belə davransanız uşağınız həmin işləri təkrar edəcək.

Səhnə hazırlamaq

Bir insana sadəcə diqqət ayırmağınızla da onun özgüvənini artırmasında kömək edə bilərsiniz. Bir tamaşa səhnəsi canlandırmaq üçün ailə üzvlərinə 5-10 dəqiqə vaxtınızı ayırın. İstədikləri səhnəni canlandıra bilər və ya mahnı oxuya bilərlər: bir hekayə danışmaq,bir şeir söyləmək, futbolun oynamaq qaydasını izah etmək, hansısa fərqli bacarığı varsa onu təqdim etmək, lətifə danışmaq, ya da başına gələn hər hansısa maraqlı bir hadisə danışmaq. Onların nə etdiklər, anlatdıqları önəmli deyil. Sadəcə dinləyin, gülün və alqışlayın. Bir insanın özünü ifadə edə bilməsi və eyni zamanda ailəsinin də ona diqqət ayırdığını görməsi gözəldir.

Şəxsi xatirə dəftəri

Keçmişdə yaşadığımız hansısa bir hadisəni xatırladıqda və ya xatirəni göz önündə canlandırdığınızda nə hiss edirsiniz, “İnanılmaz bunu həqiqətən mən etmişəm” və ya “kaş ki yenə də orda olsaydım” kimi hisslər yaşayırsınız. Keçmiş təcrübələr uşaqlara şəxsi keçmişini formalaşdırmaqda kömək edir və özlərini tanımaq imkanı yaradır. Keçmişə baxmaq, keçmiş təcrübələrini nəzərdən keçirmək bugünki vəziyyətləri ilə müqayisə edərək necə dəyişiklər olduğunu, xarakterlərinin, təcrübələrinin necə təkmilləşdiyini görməklərində onlara kömək edir. Böyük qəşəng bir albom ya da dəftər alın və həmin dəftəri bugün qaralamağa başlayın. Uşağınızın film biletlərini, şəxsi kartlarını, ev tapşırıqlarını, xüsusi günlərə aid olan şəkilləri toplamağına həvəsləndirin. Dəftərinə onları yapışdırdıqda həmin şəkillərin altına öz fikirlərini də qeyd edə biləcəyini ona öyrədin. O filmə kiminlə getdi, o gün onun üçün necə yadda qaldı,ən çox nə xoşuna gəldi və.s. Hər ay birinizin xatirə dəftərinizə birlikdə baxmağıız çox əyləncəli olacaq.

Sabah sürprizi

Bugün yatmamışdan qabaq ailə üzvlərinizin ən çox nə sevdiklərini düşünün. Səhər yeməyinə onu hazırlayın və əvvəlcədən həmin yeməyə aid bir qeyd yazın və ya şəkil çəkib onun hərgün əyləşdiyi stulun üzərinə qoyun. Bu günə yaxşı başlaması üçün insana kömək etmənin ən yaxşı üsuludur. Uşağınızın yemək çantasına qeyd yazıb qoymaq da əla sürpriz növüdür.

Özünüzü sevin

İnsanların sizi sevib qiymətləndirməsi bəs etməz ,siz də özünüzü sevməlisiniz. Uşağınızla birlikdə onun sevdiyi işlərin,oyunların siyahısını tərtib edin. Əgər uşağınız böyükdürsə bir cədvəl hazırlayıb bütün ailə üzvlərinin həmin cədvəli yazmasını təmin edə bilərsiniz. Bəndləri bu cür hazırlayın: görünüş, bacarıqlar, dostluq, vərdişlər və duyğular. Hər bəndin altında uşağınızdan özü ilə bağlı ən az beş maddə yazmağını xahiş edin. Əgər yazmaqda çətinlik çəkirsə ona “üzündə bəyəndiyin yer hansıdır?”,”Ən yaxşı bacardığın nədir?”, “Səncə dostların səni niyə sevir?” kimi suallara cavab verməsini təmin etməkləona kömək edə bilərsiniz.

Video günü

Ailə üzvlərinizdən danışarkan, mahnı oxuyarkən, ya da istədikləri hər hansısa bir işi gördükləri zaman bir video hazırlamaqlarını xahiş edin. Videolarını özləri hazırlaya bilər ya da bunun üçün kiminsə köməyindən faydalana bilərlər. Videolarını hazırlamaq üçün onlara bir neçə həftə vaxt verin. Çox uzun zaman olması lazım deyil. Valideynlər də öz videolarını hazırlamalıdır. Şirniyyatlar hazırlayın və “dinləmə günü” təşkil edin. Videoları izləyərkən çıxışlar haqqında fikirləriniz bildirin. Ələ salmaq, pis fikir demək qadağandır. Xoşbəxt bir şəxsiyyət olmaq az da olsa öz səsinizi eşidə bilməkdir. Uşağınızı üçün onu ürəkləndirən bir başlanğıc edin.