Əsas səhifə / Manşet / Uşaqlarınızı xərçəngdən qoruyun. Necə?
Bizi mobildən daha sürətli  izləyin

Uşaqlarınızı xərçəngdən qoruyun. Necə?

uşaqlarınızı xərçəngdən qoruyun. Necə?

Xərçəng xəstəliyi bütün dünyanın qorxulu yuxusudur. Prof. Dr. Erkan Topuz’un verdiyi  məlumata görə, xərçəngin ölçülərini açıqlandı: “Xərçəng getdikcə artır. 2020-ci ildə 20 milyon insan xərçəngə tutulacaq. Amma əgər bunları etsək, bəlkə bunu 15 milyona qədər azaltmaq olar. Ona görə də diqqətli olmalıyıq. Bu iş uşaqlıqdan başlayır. Uşaqlarımıza bu tərbiyəni vermək məcburiyyətindəyik“. Bu xəstəlik yaş məhdudiyyəti bilmir. Və təəssüf ki, getdikcə də yoluxanların sayı  artmaqdadır. Buna görə də həkimlər haqlı olaraq, həyacan təbiri çalırlar. Həkimlərdən əvvəl insanlar bu xəstəlikdən özlərini qorumalıdırlar. Müalicəsi mümkün deyilsə də, qorunması mümkündür! Xüsusən də uşaqların yoluxmaması üçün ehtiyatlı və diqqətli olmaq lazımdır. Qadinklubu.com-un təqdim etdiyi əhəmiyyətli məlumatı oxuyaraq, əməl etməyə çalışın. Çünki, sağlamlığınız hər şeydən əhəmiyyətlidir!

-Evə küçədə geydiyimiz ayaqqabılarla daxil olmamalıyıq

Çöldən gəldiyimiz ayaqqabıları evdə çıxardıb, başqa bir ayaqqabı geyinilməlidir. Çünki, çöldə geyindiyimiz ayaqqabı ilə evə gətirdiyimiz pestisidlər, xərçəngin ən əhəmiyyətli səbəblərindən biridir. (Pestisidlər: Kənd təsərrüfatı məhsulları, kimyəvi maddələrindən çıxan qazlar və.s)

-Ən təhlükəli yer

Xalça  bütün pestisidləri məsamələr daxilində saxlayır. Buna görə də xalçaların təmizliyinə diqqət edin. Əsla kimyəvi təmizləyicilərlə təmizləməyin. Sirkəli su ilə silin.

-Kimyəvi yuyuculardan istifadə zamanı mütləq əlcək geyinilməlidir

Plastik əlcəyin altından pambıq əlcək geyinin. Çünki, plastik əlcəklər də orqanizmə ziyanlı olan maddələrdən hazırlanır. Dəri ilə təması təhlükəli xəstəliklərin ilk simptomlarının daşıyıcısı ola bilər.

-Qabyuyan maşında istifadə edilən yuyucu toz da  neft məhsulu, yəni, kansoregen maddədir

Nə qədər yüksək temperaturda yuyulsa da,  qalıqlar qala bilər. Əgər sağlamlığınızı düşünürsünüzsə, maşından  çıxardığınız qab-qacaqları sirkəli suyla, ya da limonlu suyla silin.

-Hər növ kimyəvi yuyucu tozdan uzaq olun!

Zeytun yağı və dəfnə tərkibli sabunlardan istifadəyə üstünlük verin. Əlləriniz, bədəniniz üçün təbii  zeytunyağı, dəfnə və ya fıstıq yağından hazırlanan sabunlardan  istifadə edin. Bunları nümunə olaraq söyləyirəm. Yuyucucu tozlardan mümkün qədər  istifadə etməyin.  Etsəniz də  təmiz su il durulayın.

-Ağ rəngli alt paltarları qaynadın.

Çünki,  ağ rəngli alt paltarların dümağ görünməsi üçün tərkibində  kanserogen maddələrin olması ehtimal edilən maddələrlə  yuyulur.

-Xərçənglə mübarizə ana bətnində başlayır

Ana namizədləri həddindən artıq miqdarda vitamin qəbul etməsinlər.  Bəzən həkim gündə bir ədəd  qəbul edilməlidir desə də, daha çoxunu qəbul edənlər vardır. Təəssüf ki,  diqqətsizlik nəticəsində qəbul edilən vitaminlərin  tərkibindəki bəzi maddələr uşaqın orqanizimində toplanaraq, sonradan xərçəngə yol aça bilər.

-Göy qurşağındakı  7 rəngdə olan qidalardan  istifadə edin.

Hər bir rəngdə bir meyvə və tərəvəz tapmaq mümkündür.  Gün ərzində bu rənglərdə olan ən az 3-4  qidadan faydalanın.

-Hamilələr, həftədə 2 dəfə  ət yeməlidir!

Xüsusilə balıqla qidalanmaqları məsləhətdir. Sağlam bir insanın xərçəngə tutulmaması üçün, körpənin daha ana bətnində olarkən, bədəninin müqavimətinin artması və  immunitet sisteminin pozulmaması lazımdır.

-Otaq təravətləndiricilər neft mənşəlidir

Zəhər ağciyərinizə keçir və bilvasitə olaraq, immunitet sisteminizi pozur.

-Tərəvəzləri mövsümündə  dondurub saxlanmalıdır!

Buzu açıldığından sonra  bişirin. Mikro dalğalı sobada bir dəfə istilədin. Çünki, ikinci dəfə isidiləndə qida dəyəri ölür. Həm də DNT-ni pozur.

-Radyasiya  xərçəngə ən çox yaxınlaşdıran amillərdən biridir!

Radiyasia yaradan texniki avadanlıqlardan daha az istifadə etməyə çalışın.

-Uşaqlar həftədə 2 dəfə balıq şorbası yeməlidir

Balıq şorbasına sarıkök  əlavə etmək, əsas şərtlərdəndir. Soğan, sarımsaq və o mövsümün tərəvəzlərindən istifadə etməyiniz məsləhətdir. Uşaq ana bətnindən başlayaraq, qayda ilə  qidalanmağa  öyrədilməlidir.

-Qızartma üçün ən uyğun  kanola yağıdır

Konala yağından sonra zeytun yağı məsləhət bilinir. Fındıq yağı da seçim edilə bilər.

-Uşaqlar fast-food  yeməklərini, 15 gündə bir yeməlidir

Nəzərə alsaq ki, uşaqlar bu tip yeməklərə daha çox üstünlük verirlər, arada bir yeməklərinə icazə vermək olar. Amma həftədə 3 dəfədən artıq yedikləri təqdirdə, beyin şişlərində və  lenfomalarda  3 qat artım görünəcək. Bu tərzdə yeməkləri evdə hazırlayaraq, uşaqlarınızı sevindirə bilərsiniz.

-Uşaqlar meyvə və qatığı bol istifadə etməlidir

Qatığı evdə özünüz hazırlayın.  Pendir, xüsusilə də keçi pendiri çox faydalıdır.

-Uşaqları üç ağdan; un, şəkər və duzdan uzaq tutun.

Duz  istifadə edərkən də, qaya duzundan istifadə edin.

-Ən faydalı qidalardan biri qoz

Eyni zamanda,  fındıq və badam da faydalı qidalardandır. Günəbaxan  toxumunu qovrulmamış halda alın. Özünüz qovurub, istifadə edin. Badam, fındıq, qoz kimi qidaları qabıqlı alın. Çünki, qabığından təmizlənən çərəzlərə ,böcəklərin ziyan verməməsi üçün dərman vurulur. Bunlar faydaları olan yeməklərdir. Gündə bir ovuc istifadə edin.

-Alma  mütləq yeyin!

-Plastik, mis, alüminium qab istifadə edilməməlidir

Saxsı, şüşə və polad qablar istifadə edin. Meyvələri də bu cür qablarda yuyun. Bu qabları yuyarkən, bir miqdar suya 9-10  qaşıq sirkə əlavə edərək, yarım saat gözlətdikdən sonra çıxarın. Əlavə suda yumayın.

-Diqqət; meyvələrin üzərinə parlaq görünməsi üçün şam sürtülür!

Bunları həqiqi zeytunyağlı sabunla yuduqdan  sonra alma sirkəli suda durulayın. Ya da birbaşa  alma sirkəsi ilə yuyun.

Buna da baxın

İdeal çəkinizin sirri əlinizdədir

Whatsapp ilə Paylaş Normal çəkinizi qorumaq üçün təbii ki, yediyiniz  qidaların ölçüsünü bilməlisiniz. Hər qidanın …