Əsas səhifə / Manşet / “Uşaqlarınızın rolunu oğurlamayın”
Bizi mobildən daha sürətli  izləyin

“Uşaqlarınızın rolunu oğurlamayın”

Parents Reading to Laughing Boy

Psixoloq Qani Eser valideyn-uşaq münasibətləri barədə bir sıra məsləhətlər verib.

Uşağın ailədən asılı olaraq böyüməməsi üçün bəzi məsələlərə diqqət etməlisiniz. Qadınklubu.com psixoloqun bu barədə fikirlərini təqdim edir.

“Doqquz ay ərzində körpəni bətnində daşıyan ananın, doğumdan sonra da süd vermə müddətini uzatması- qarşılıqlı sevgi ehtiyacının başqa cür qarşılanmayacağına dair düşüncəsindən qaynaqlanır. Xoş niyyətlə etdiyiniz davranışlar bəzən yaxşı nəticələnməyə bilər. Bizə bağlı uşaqlar böyütmək üçün onların yerinə düşünüb qərarlar verməliyik. Onların yerinə seçim edir, onlar üçün ən doğru olanı biz bilirik.”

Bu fikirlərlə böyüyən biri, həyatı boyu valideynə bağlı, özgüvəni zəif və çətinliklərin öhdəsinən gələ bilməyən bir xarakterə sahib olur.  Eser: “Çətin vaxtlarda tək problemin öhdəsindən gələ bilməyəcək və kiminsə kiçik yaşlarda olduğu kimi gəlib onu çətinlikdən xilas etməsini gözləyəcək”.

Bağlı olmamasını təmin edin.

Həyatın bir oyun olduğunu və hər kəsə fərqli rollar verildiyini deyən Eser nitqini belə tamamlayıb: “Teatrda “rol oğurlamaq” deyə bir deyim var. Uşaqlarımızın rolunu onlardan oğurlasaq aktyor deyil, fiqur olduqlarını hiss edəcəklər. Bu cür sizə bağlı olan, ya da sizin bağlı olduğunuz biri varmı? Cavabınız hədirsə, tezliklə bağları qırmaq, öz ayaqlarınız üzərində güvənərək duran insan olmaq üçün çalışmalısınız”.

Kiməsə güvənərək addım atmamalı

Yoxluğu hiss edilən şəxs göstərdiyi qayğı, güvən və köməyi göstərməzsə, yoxluğu, köməyi hiss edən şəxs də güvənmək üçün kimisə axtarmaz və özünü inkişaf etdirməsi də mümkün olar. Yeni ilə girərkən özünüzə edə biləcəyiniz ən yaxşı hədiyyə, bağlardan qurtulub, 2016-ya azad bir insan olaraq girə bilmək olar. Edəcəyiniz tək şey əvvəlcə özünüzə, sonra digərlərinə güvənmək və icazə verməkdir. Bağlar qopandan və azad olduqdan sonra həyatınız daha asan və xoşbəxt olacaq.

Buna da baxın

Ağır məktəb çantalarının uşağın sağlamlığına ziyanı

Whatsapp ilə Paylaş  Hər bir valideyn etiraf edə bilər ki, onun uşağının məktəb çantasının çəkisi …