Əsas səhifə / Manşet / Ütü yanığı ləkəsinin təmizləmək qaydası
Bizi mobildən daha sürətli  izləyin

Ütü yanığı ləkəsinin təmizləmək qaydası

Ütü yanığı ləkəsinin təmizləmək qaydası

Paltar ütüləmək ev işlərində ən yorucu və eyni zamanda təxirəsalınmaz işlərdəndir. Nə qədər həvəslə edilməsə də, hər bir qadın ütüləməklə məşğul olur. Amma bəzən diqqətsizlik səbəbindən ütünün pis nəticələri ilə qarşılaşmaq da qaçınılmazdır. Paltar üzərində bir qədər çox saxlanılarsa, paltarın yanmasına və istifadəyə yararsız olmasına gətirib çıxarırır. Geyimin həddən artıq çox yanması xaricində bu problemin həlli üsulları təbii ki vardır. Hər bir evdar xanımın bilməli olduğu bu üsulu qadinklubu.com sizlərlə paylaşır.

İlk əvvəl erkən müdaxilə mütləqdir. Əgər paltar həddən artıq yanıbsa və ya az yanıb və müdaxilə gecikdirilibsə, təqdim edilən üsul faydasız ola bilər.

Ütü yanığı ləkəsi necə təmizlənir?

Lazım olanlar:

  • 0.5 stəkan su
  • 0.5 stəkan oksigenli su (hidrogen peroxid, pereks)

Hazırlanması və tətbiqi:

Yarım stəkan su və yarım stəkan oksigenli qarışığı hazırlayın. Yaxşıca qarışdırın və bir bezi bu su ilə isladın. Yanıq ləkəsi olan bölgəni bu bezlə silin. Paltardakı yanıq ləkəsinin itdiyini görəcəksiniz. Yanıq ləkəsini aradan qaldırmaq üçün sirkəli su da istifadə edə bilərsiniz. Sirkəli su ilə islatdığınız bezlə yanıq ləkəsini silin. Bu üsul da yanıq ləkəsi üzərində təsirli olacaq. Geyimin çox yanmış olması vəziyyətində hər hansı bir üsul təsirli olmaz. Sadə ləkələr üçün bu üsulları istifadə edə bilərsiniz.

Buna da baxın

Stəkanlarınızın ləkəsiz və parlaq olması üçün

Whatsapp ilə Paylaş Bütün xanımlar stəkanlarının ləkəsiz və işıltılı olmasını istəyirlər. Lakin bir çox xanım …