Əsas səhifə / Manşet / Ütünün altını təmizləməyin praktik üsulu
Bizi mobildən daha sürətli  izləyin

Ütünün altını təmizləməyin praktik üsulu

ütünün altının təmizləməyin praktik üsulu

  Bir müddət istifadədən  sonra ütünü təmizləməyə ehtiyac vardır. İstifadə etdiyiniz su və  ya başqa səbəblərdən ütünün alt qismi  ərp bağlayaraq ləkələnir.  Ona görə ən yaxşısı ütünün təmizləmə vaxtını keçirməməkdir. Qadinklubu.com sizlərə ütünü təmizləməyin asan və praktik üsulunu təqdim edir.

Ütü masanın üstünə bol miqdarda duz tökün. Duzun üzərinə yastıq örtüyü kimi köhnə bir bez parçası qoyun. Ütünün buxar nizamını bağlayın. Ən yüksək dərəcə seçin. Bu sayədə ütünün altındakı çirk və pas duza yapışacaq və ütünüz yeni bir hala qovuşacaq. Eyni zamanda ütünüzün altını tez-tez  duz və sirkəylə silsəniz ləkə tutmasının və ütülədiyinizdə paltara yapışmasının qarşısını ala bilərsiniz. Təbii bu silmə əməliyyatı ütü soyuq olduqda tətbiq etmək və bir müddət istifadə etmədən gözləmək lazımdır.

Buna da baxın

Yağlı saçları təmiz göstərən praktik üsullar

Whatsapp ilə Paylaş  Əgər saçlarınız yağlıdır və yumağa vaxtınız yoxdursa, dərd etməyin.  Qadinklubu.com sizlərə belə arzuolunmaz …