Əsas səhifə / Əsas menu / Gözəllik / Üz yogası ilə yaşlanmağı geciktirin
Bizi mobildən daha sürətli  izləyin

Üz yogası ilə yaşlanmağı geciktirin

j

Müəyyən yaşdan sonra üz dərisi öz formasını dəyişməsin danılmaz faktdır.

Mütəmadi olaraq idmanla məşğul olmaqla, uzun müddət bədən əzələlərinin formasını qoruyub saxlamaqa nail olmaq mümkündür. Bəs üzümüz? Təravətli və gözəl olması üçün etdiyimiz qulluqdan əlavə bəzi hərəkətlərlə də cildimizi tez yaşlanmaqdan qoruya bilərik. Bunun üçün ən yaxşı vasitə üz yogasıdır. Üz yogasını necə etməli olduğunu bimək istəyirsinizsə,  Qadınklubu.com–un tərtib etdiyi məlumatdan faydalana bilərsiniz.

Üz yogasını necə etmək lazımdır?

Üz yogası; Əllərinizi yanaqların alt-çənə qismindən başlayaraq, yuxarı doğru masaj hərəkətləri ilə əlinizi çəkin. Bu hərəkəti tətbiq edərkən əlinizə nəmləndirici krem çəkmək daha da effektli olacaq. Beləliklə, yanaq sallanmasının qarşısını ala bilərsiniz.

Alın yogası; Alın qırışları üçün edilən masaj daha fərqlidir. Hər iki əlin orta barmağını istifadə edərək, alnınıza yuxarı doğru masaj etməlisiniz. Qırışıqlılığın səbəb olduğu pis görüntü, zaman içində itməyə başlayır.

Göz ətrafı üçün yoga; Hər iki əlin işarət və baş barmağı ilə, gözlərinizi mümkün qədər açmağa çalışın. Bu hərəkəti edərkən 5 saniyə gözləyin və buraxın. Bu şəkildə üç tur davam edin. Bu hərəkət ilə birlikdə xəttlər açılır. Bu hərəkəti edərkən; düz qarşıya baxmalısınız.

Dodaq yogası; Dodaqların qalınlaşması üçün qələm hərəkətini edə bilərsiniz. Dodağınızın arasına bir qələm alaraq, çevirməyə çalışmalısınız. Bu hərəkət ilə, dodaqlarınız zamanla qalınlaşacaqdır.

Yanaq sallanması üçün yoga; Yanaqlarını hava ilə doldurmaq ən məşhur yoqa hərəkətidir. Nəfəsinizi alıb yanaqlarınızı şişirdərəkŞ yanaq əzələlərinizi işlədə bilərsiniz. Yanaqlardakı sallanmağa çox yaxşı təsiri vardır bu hərəkətin. Bu yoga hərəkətini tətbiq ilk zamanlar çətinlik çəkə bilərsiniz. Bunun üçün ilk günlərdə daha az şişirdə bilərsiniz. Zaman keçdikcə isə, hərəkətin miqdarını bir az daha artıra bilərsiniz. Üz yogası hərəkətlərini hər gün özünüzü məcbur etmədən tətbiq edə bilərsiniz. Hər hərəkəti gündə 3 dəfə etsəniz; bir müddətdən sonra olan dəyişiklik sizi də heyran edəcək. Üz yogası hərəkətlərini çox diqqətli etməlisiniz. Edilən səhv yoga hərəkətləri nəticəsində, yanaqlarınız səhv bir forma qazana bilər. Yanağınızın bir tərəfi sallanan dayanarkən, digər tərəfi bir az daha yığışmış kimi dayana bilər. Bu səhv yoga tətbiqindən qaynaqlanır. Hər yerə bərabər təzyiq verilərək, eyni səviyyəyə gətirilməsi təmin edilməlidir. Təzyiq şiddətli olmamalıdır. Xüsusilə də alın qisiminə yoga edərkən, alın qisimi ağrıyarsa, bir yerdə səhv var deməkdir. Mümkün qədər incə və yüngül hərəkətlərlə,yoga etməyə çalışın. Nəticələrdən razı qalacaqınıza əmin olun!

Buna da baxın

Üzündə ləkə olan xanımlara kosmetoloq məsləhəti

Whatsapp ilə Paylaş  Bir çox qadınlar əsasən üz nahiyələrində olan ləkələrdən şikayət edirlər. Bəs bu …