Əsas səhifə / Əsas menu / Gözəllik / Üz yoqası ilə daha cavan görünüş
Bizi mobildən daha sürətli  izləyin

Üz yoqası ilə daha cavan görünüş

 

Üz yoqası- insanın barmaqlarla üzü gərmə, əzələ hərəkətləri və dəri analizi ilə dərisini daha yaxşı tanımaq və yaşlandıqca gözəlləşməni təmin edən bir müalicə üsuludur. Bu 8 hərəkəti gündə 20 dəqiqə edərək üz yoqasına başlaya və qısa müddət içərisində ətrafınızdakı insanlarda bir “Vauvvv!” təsiri yarada bilərsiniz.

1. Botox

  • Yox, yox düşündüyünüz botoxlardan deyil bu. Bu botoxun yan təsiri yoxdur. Şəkildəki kimi barmaqlarınzı qaşlarınızın yanına yerləşdirin və qaşlarınızı yüngülcə yuxarıya doğru çəkin. Gözlərinizi mümkün olduğu qədər açın. 10 saniyə dayanın və bunu 3 dəfə təkrar edin. Bu poza həm aşağı göz qapaqlarını qaldırmağa, həm də iki qaş arasındakı meydana gəlmiş ya da meydana gələ biləcək qırışları aradan qaldırmağa kömək edəcək.

10_d

2. Canlı bir dəri

Qan dövranınızı sürətləndirmək üçün yanaqlarınıza və alnınıza yüngülcə toxunn. Bu hərəkəti 30 saniyə davam etdirin.

2_d

3. Havaya öpüş yollayın

Başınızı tavana doğru çevirin. Boyunuz yuxarıya doğru uzandı elə deyil? İndi yuxarıda sevgilinizi, yoldaşınızı ya da çox sevdiyiniz başqa birisini gördünüz. Təcili onlara böyük bir öpüş göndərin. 20 dəfə öp ki, sevildiyini bilsin. Bəs bu hərəkətin sizə nə xeyri oldu? Beləcə, həm boyunuz uzandı, həmdə yanaqlarınız hərəkət etdi.

3_d

4. Oynayan gözlər

Aynanın qarşısına keçin. Boynunuzu və başınızı heç hərəkət etdirmədən gözlərinizi əvvəl sağa və yuxarıya doğru hərəkət etdirin. 10 saniyə gözləyin. Sonra baxışlarınızı ortaya doğru gətirin. Əgər gözləriniz yorulsa, 2-3 saniyə bağlayıb gözləyə bilərsiniz. Sonra eyni hərəkəti sol tərəfə doğru da edin. Bu hərəkəti də 2 dəfə təkrarlayın. Gözün içərisindəki əzələləri işlədəcəyimiz üçün,gözünüz altındakı yorğunluq əlamətlərinə əlvida deyə bilərsiniz.

4_d

5. Şişmiş yanaqlar

Dodaqlarınız bağlı bir şəkildə, ağzınızın içinə hava doldurun. İndi o havanı sağ tərəfə doğru göndərin ki, dodaq kənarlarındakı xəttləri yox edək. Burada 10 saniyə qaldıqdan sonra havanı sol tərəfə doğru göndərin və sol tərəfdə də 10 saniyə gözlədin. Bu hərəkəti 2 dəfə təkrarlayın.5_d

 

6. Qırışsız bir alın

Biz Azərilər, digər millətlərə görə daha çox mimiklərdən istifadə etməyi, kədərini, sevincini xüsusilə qaş və alınla büruzə verməyi sevirik. Qaşlar bu qədər hərəkət etdiyi zamanda təbii ki, alınımızda da üfüqi və şaquli qırışlar meydana gəlir. Amma yox etmək əlinizdədir. İndi dik dayanıb və barmaqlarınızı iki qaşınızın başladığı nöqtəyə yerləşdirin. Nəfəs alın, verərkən əllərinizi qaşlarınızın bitmə nöqtəsinə doğru sürüşdürün. Bu hərəkəti 3 dəfə təkrar edin.

6_d

7. Mənim yumru dilim

Dilinizi ağzınızın içinə yerləşdirin və ağzınızn içərisində sağdan sola doğru kiçik bir dairə çəkin.  Bu dairə boyunca dilinizi 3 dəfə fırladın. Daha sonra eyni hərəkəti soldan sağa doğru da edin. Bu hərəkətlə dilinizin kökü qüvvətlənəcək və siz buxağınıza əlvida deyəcəksiniz. Eyni zamanda dodağınızın üstündəki qırışlarla da sağollaşmalı olacaqsınız.

7_d

8. Zürafə

Başınızı yenidən yuxarıya doğru qaldırdın. Bu dəfə əllərinizlə boyunun bitmə yerindən tutaraq, başınızı aşağıya doğru endirin. 30 saniyə beləcə gözləyin. Sonra yavaş yavaş boynunuzu əvvəlki vəziyyətinə qaytarın. Bu hərəkət boyun əzələlərinizi işlətmək və buxağınızı yox etmək üçün əvəzedilməz bir hərəkətdir.

8_d

Qadinklubu.com

Buna da baxın

Bədən tipinizə uyğun idman növü hansıdır?

Whatsapp ilə Paylaş Bədən tipinizə uyğun idman növü hansıdır? Sağlam və gənc qalmaq üçün idmanın …