Əsas səhifə / Əsas menu / Gözəllik / Üzdəki qara nöqtələrdən azad olmaq üçün sadə və təbii üsul
Bizi mobildən daha sürətli  izləyin

Üzdəki qara nöqtələrdən azad olmaq üçün sadə və təbii üsul

siyah-nokta-bandi

Səhərlər güzgüyə baxdıqda üzünüzdə, burnunuzda gördüyünüz qara nöqtələr və civzələr heç də ürəkaçan mənzərə deyil. Əgər sizin də belə bir probleminiz varsa, qanınızı qaraldan, özünüzə inamı azaldan, bu narahatlıqdan qurtulmağın çox sadə və təbii üsulu var. Bunun üçün sizə sadəcə olaraq limon, su və duz lazım olacaq.

1 xörək qaşığı dəniz duzu, ½ çay qaşığı limon suyu və 1 çay qaşığı su götürün və hamısını qarışdırın. Alınan qarışımı dərinin civzələr xüsusilə çox olan bölgələrinə çəkin. Sonra yüngül və dairəvi hərəkətlərlə 2-4 dəqiqə ərzində onu dəriyə sürtün. Sonra həmin bölgəni yuyun. Üzünüzü həmişə istifadə etdiyiniz adi yuyucu vasitələrinizlə yuyun.

Lakin bu proseduru həftədə 2 dəfədən artıq etmək qətiyyən olmaz. Unutmayın ki, hər şey qədərində olduqda faydalıdır.//sağlamolun.az

Buna da baxın

Qara nöqtələrdən qurtulmağın yolları

Whatsapp ilə Paylaş Dəri nə qədər təmizsə qadın o qədər gözəldir. Amma meydana gəlməsi çox …