Əsas səhifə / Manşet / Üzdəki səpkilər daxili orqanlardan xəbər verir
Bizi mobildən daha sürətli  izləyin

Üzdəki səpkilər daxili orqanlardan xəbər verir

jja

Hər bir şəxsin daxili orqanının fəaliyyəti onun üzünün bir nahiyyəsində öz ifadəsini tapır.

Yəni daxili orqanlarımız üzümüzdə “əks olunur”. Üzdəki səpkilərin yerləşməsi vəziyyətinə görə daxili orqanlarımızın fəaliyyəti barədə qismən məlumat ala bilərik.

Əgər cildinizdə – çənə – yanaq nahiyəsində sızanaq, qırmızı səpkilər varsa, çox güman ki, sizin ağ ciyərlərinizdə problemlər yaranıb.

Əgər sızanaqlar burunun altı və üst dodağın üzərindədirsə, ola bilər ki, sizin ürəyiniz ağrıyır.
Burunun üst hissəsindəki səpkilər mədə və mədəaltı vəzinin fəaliyyətini əks etdirir.

Əgər gözaltı nahiyədə problemləriniz varsa, böyrəklərinizə diqqət yetirin.

Səpki qaşların arasında peyda olarsa, ciyərinizi, qaşların üzəri boyu yerləşərsə, ürəyinizi yoxlatdırın.
Əgər səpkilər alnınızdadırsa, nazik bağırsağınızın fəaliyyətində problemlər ola bilər.

Əgər dodaqlarınızın künclərində tökmələr yaranırsa, bu, onikibarmaq bağırsağınızda problemlər olduğunu göstərir.

Dodaq ətrafı – yanaq altı nayihələrdəki səpkilər qalın bağırsaqdakı nasazlıqlardan xəbər verir.
Səpkilər göz yaşı kanalından başlayaraq, alından gicgahlara doğru və çənənin alt hissəsini əhatə edirsə, bu sidik axarıları və kiçik çanaq orqanlarındakı nasazlığı əks etdirir.

Beləliklə, üzünüzdə yaranan problemlər daxili orqanlarınızın xəstəliklərini çox dəqiqliklə əks etdirə bilər. Cildinizə və səhhətinizə qarşı diqqətli olun, sağlamlığınıza biganə qalmayın.

Eyni zamanda öz-özünüzə diaqnoz qoymayın, mütləq həkimə müraciət edin.

Buna da baxın

Qadınlar üçün təhlükəli virus

Whatsapp ilə PaylaşQadınlar üçün təhlükəli virus Son vaxtlar qadınların ən çox şikayət etdiyi xəstəliklərdən biri …