Əsas səhifə / Əsas menu / Gözəllik / Üzdəki sallanmaları yox edən resept
Bizi mobildən daha sürətli  izləyin

Üzdəki sallanmaları yox edən resept

yioÜzdəki sallanmaları yox edən resept

Dəri sallanması; bir qadın üçün artıq yaşlandığını qəbul etməsi və dərisini əvvəlki vəziyyətinə gətirməsi üçün bir çox metoddan istifadə etməsi deməkdir. Əgər yaşınız 40 keçdisə aynaya diqqətli baxın. Almacıq sümüklərindən başlayaraq, aşağıya doğru enən bir sallanma sezəcəksiniz.

Üz masajı edin

Dəri sallanmasına qarşı ala biləcəyiniz ən təsirli tədbir; hər gün beş dəqiqə yuxarıya doğru üz masajı etməyinizdir. Qaş sallanmağının qarşısını almaq üçün 3 barmağınızı qaşın altına qoyun, yuxarı doğru masaj edin. Gözlərinizi bağlayın. İşarə barmaqlarınızla göz qapaqlarınızı içəridən çölə doğru təzyiq meydana gətirəcək şəkildə basdırın.

Bu sırada gözlərini açın, amma barmaqlarınızın təzyiqindən bu mümkün olmayacaq. Bu məşq göz qapağı əzələlərini möhkəmləndirir.

Həm də həftədə bir dəfə quru nanə maskasından da istifadə edin

Vəsaitlər

1 stəkan qaynar su

1 şorba qaşığı nanə

Hazırlanması

Bir stəkan qaynar suya bir şorba qaşığı quru nanə qoyun. Suyunu xeyli çəkdikdən sonra bir qab içində əzin və üzünüzə maska edin. 30 dəqiqə gözlədin. İlıq suyla yuyun.


Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …